
Həyat üçün təhlükə qidalar
Qida təhlükəsizliyi mütəxəssislərindən kritik xəbərdarlıq
Qida təhlükəsizliyi mütəxəssislərindən kritik xəbərdarlıq
Məhsullar kiçilir, qiymətlər artır
7 illik vergi güzəştləri mövcuddur, amma ...
27 412 962 manat
2022-nin ilk rübündə ötən ilə nisbətdə 50 faiz artım var
Biznes və cəmiyyət üçün proqnozlar qurula biləcək məqamlar yetərli görünmür
“Ticarət şəbəkələri pərakəndə satışda inhisarçı mövqelərindən istifadə edir”
Əməkhaqqı və pensiya artımları bahalaşmada psixoloji faktor olub
“Sənəd tezliklə qəbul olunacaq”
Nazir çörəyin qiymətindən danışdı
AİB Azərbaycana 900 milyon dollar kredit ayıracaq
İqtisadiyyat Nazirliyi «Kiçik sahibkarlığa dəstək» konfransı keçirdi
Bakı üçün kritik həftə - Brüssellə münasibətlərdə əlamətdar tarix; ABŞ-ın «Kreml siyahısı» Bakıya əlavə fürsətlər açır
İşbazlar palma yağını kərə yağı adı altında camaata sırıyır
Boru kəməri keçən torpaq sahələrinin yarısı bərpa olunub
Ekspertlər bu qərarın layihənin icrasına təsirinin olmayacağını deyirlər
Azərbaycan milli valyutasının hər gün dollar qarşısında dəyərdən düşməsi ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin sürətlə qalxmasına səbəb olur. Bəzi sahibkarlar isə vəziyyətdən sui-istifadə edərək qiymətlərin süni şəkildə qaldırılmasına yol verirlər.
Bu isə əhali arasında haqlı narazılığa səbəb olur. Məsələn, gündəlik tələbat mallarının siyahısına daxil olan «Beta» çayının yarım kiloluq qutusu bir marketdə 9 manat 50 qəpiyə, digərində isə 8 manat 30 qəpiyə satılır. Yaxud, qablaşdırılmış «Tamasha» düyüsü bir dükanda 4 manat 30 qəpiyə, digərində 3 manat 60 qəpiyədir. Bundan başqa ədədi 14 qəpiyə satılan yumurtanı bir başqa satış nöqtəsində 17 qəpiyə ala bilərsiniz. Bu minvalla işbazların əməllərindən xəbərsiz olan alıcı növbəti qiymət artımı olduğunu düşünür.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-a deyib ki, istehlak bazarına mütəmadi nəzarət tədbirləri həyata keçirilir:
«Bu tədbirlərin əsas istiqamətlərindən biri də süni qiymət artımına yol verilməməsidir».
Məsələ ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mütəmadi olaraq bahalaşma ilə əlaqədar şikayətlər aldığını bildirib: «Xüsusilə ətin, meyvə-tərəvəzin, qablaşdırılmış məhsulların, yağların qiymətinin bahalaşması, çörəyin çəkisinin azaldılması ilə bağlı şikayətlər alırıq. Qeyd edim ki, dünən Vergilər Nazirliyində Qeyri-Hökumət Təşkilatları ilə birlikdə görüş keçirilirdi. Mən bu məsələni orada da qaldırdım. Bütün bunların kökündə hökumətin effektli istehlakçı siyasətinin olmaması dayanır. Hökumət bütün diqqəti birmənalı şəkildə istehlakçılardan pul qoparan sistemi gücləndirməyə yönəldib. Biznes qurumlar isə bundan sui-istifadə edərək, istehlakçılara təkcə təhlükəli mal və xidmət təklif etmək yox, qiyməti baha olan mal və xidmət satmaqla məşğul olur. Başqa sözlə hökumət və biznes qurum sanki istehlakçılarla bir gəmidə üzmürlər. Onlar dərk etmir ki, bu problem istehlakçılarla birgə həll olunmalıdır. Ona görə də Azərbaycanda istehlakçı hüquqları arxa planda qalıb».
Hüquq müdafiəçisi İqtisadiyyat Nazirliyini primitiv işlər görməkdə ittiham edib: «Prezidentin tapşırıqları qalıb kənarda, nazirlik çörəyin qiymətini sabit saxlamaq kimi primitiv işlərlə məşğuldur. Qiymətlərin aşağı salınması üçün effektli kənd təsərrüfatı məhsulları dövriyyəyə buraxılmalıdır».