
Hansı halda rüsum və ƏDV-dən azad edilir?
7 illik vergi güzəştləri mövcuddur, amma ...
7 illik vergi güzəştləri mövcuddur, amma ...
27 412 962 manat
2022-nin ilk rübündə ötən ilə nisbətdə 50 faiz artım var
Biznes və cəmiyyət üçün proqnozlar qurula biləcək məqamlar yetərli görünmür
“Ticarət şəbəkələri pərakəndə satışda inhisarçı mövqelərindən istifadə edir”
Əməkhaqqı və pensiya artımları bahalaşmada psixoloji faktor olub
“Sənəd tezliklə qəbul olunacaq”
Nazir çörəyin qiymətindən danışdı
İqtisadiyyat Nazirliyi «Kiçik sahibkarlığa dəstək» konfransı keçirdi
DİQQƏT: Yerli istehsal olan bu ağartı məhsullarından uzaq durun!
İqtisadiyyat Nazirliyi: Təhlükəli məhsullar satışdan yığışdırılıb
Bəzi dondurmaların istehsalı dayandırıldı
Prezident Abid Şərifovun şirkətinə sonucnu xəbərdarlıq etdi, vaxt verdi; Azərbaycanın həyati əhəmiyyətli strateji layihəsinin tikintisi ətrafında nə baş verir?!...
«Yayda satılmayan bəzi mallarda ucuzlaşma var, amma faizlər 1 rəqəmlidir»
Manat istəyir qalxsın, istəyir ensin, qiymətlər ancaq qalxır
Bahalaşmaya görə İqtisadiyyat Nazirliyinə ittiham
Azərbaycanda süni intellekt ekosistemin inkişafı üçün strateji əhəmiyyət daşıyan GPU əsaslı iki Superkompüter Mərkəzinin yaradılması prosesi gedir.
Xatırladıram ki, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “Caspel” şirkəti tərəfindən qurulan ilk Superkompüter Mərkəzinin artıq hazır olduğu bildirilir.
Şirkət ən çətin mərhələni – “NVİDİA H200” çiplərinin ABŞ-dan lisenziya əsasında ölkəyə gətirilməsi mərhələsini başa çatdırıb.
Bu Superkompüter Mərkəzi İN-in İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin inzibati binasında yerləşəcək.
“DELL” texnologiyası əsasında qurulacaq Mərkəz əsasən dövlət qurumlarının süni intellekt layihələri üçün nəzərdə tutulub. Layihəyə 10 milyon manat dəyərində maliyyə ayrılıb.
Yaxın günlərə açılışı nəzərdə tutulub.
Nəhayət ki, 2-ci Superkompüter Mərkəzini quracaq şirkət də bəlli olub.
Bununla bağlı AZCON tabeliyində “AzInTelecom MMC” ilə “İnnovativ Layihələr Mərkəzi” şirkəti arasında 7 milyon manatlıq müqavilə bağlanıb.
“İnnovativ Layihələr Mərkəzi” şirkəti bir neçə data infrastrukturla bağlı layihələr üzrə də “AzİnTelecom”la əməkdaşlıq edib.
İkinci Superkompüter Mərkəzi isə Süni İntellekt Strategiyasında nəzərdə tutulduğu kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir və həm də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “AI Lab”ın süni intellekt layihələrinin həyata keçirilməsi üçün nəzərdə tutulub.
Bu Mərkəz əsasən startaplar, innovasiya subyektləri və biznes layihələri, həmçinin dövlət layihələri üçün nəzərdə tutulur.
Burada “Lenovo” texnologiyası və “NVIDIA H200 GPU” çipləri istifadə ediləcək.
Hələlik bu çiplərin ABŞ-dan lisenziyalarının alınması və ölkəyə gətirilməsi ilə bağlı məlumatlar verilməyib.
Hazırda hər iki mərkəzdə xidmət tariflərinin formalaşdırılması mərhələsi gedir. Bu tariflərin əlçatan olması isə süni intellekt sahəsində geniş istifadəni stimullaşdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.
Bu mərkəzlərin formalaşması ölkədə süni intellekt ekosistemin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Bunların sayəsində yerli süni intellekt layihələri xarici resurslara ehtiyac duymadan ölkə daxilində inkişaf edə biləcək. Dövlətə məxsus data üçün daha təhlükəsiz mühit formalaşacaq.
Eyni zamanda, bu infrastruktur Azərbaycanın regionda süni intellekt üzrə rəqabətə davamlılığını təmin edəcək.