vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
SOSİAL  
12:33 | 23 dekabr 2014 | Çərşənbə axşamı Məqaləyə 2765 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıda mənzillər ucuzlaşır

Ekspert prosesin davamlı olacağını deyir

MÖVZU İLƏ ƏLAQƏLİ

2014-cü ilin son iki-üç ayı ərzində Azərbaycan paytaxtında mənzil bazarında qiymətlər 1-1,5 faiz ucuzlaşıb. Bu barədə «Trend»ə «MBA Group» konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.

İbrahimovun qeyd etdiyi kimi, torpaq və kommersiya obyektləri bazarında başqa vəziyyət müşahidə olunur. Belə ki, burada torpaq sahələrinin qiymətlərində cüzi artımdan əlavə, qiymətlərdə artıb-azalmalar demək olar ki, yoxdur: «Ötən il mənzil bazarında qiymət artımı 24 faiz, 2014-cü ildə isə 14 faiz təşkil edib. Belə qiymətlər potensial alıcılar üçün əlçatan deyil. Alıcıların demək olar ki, yarısı bu bazara gedir. Hazırda bu seqmentdə qiymətlərə təzyiq müşahidə olunur və mütəmadi artım gedir».

Ekspertin sözlərinə görə, qiymətlərdə azalma Rusiya və Ukraynada baş verən proseslərdən qaynaqlanır: «Rusiya və Ukraynada iqtisadi vəziyyətin pisləşməsi ona gətirib çıxarıb ki, Azərbaycana pul kütləsinin axını azalıb. Ötən il və bu ilin birinci rübündə yerli daşınmaz əmlak bazarına Rusiya investisiyalarının həcmi 6-10 faiz təşkil edirdisə, son 3-4 ay ərzində onun payı faktiki olaraq sıfıra enib».

İbrahimovun fikrincə, gələn il üçün gözləntilərə gəlincə, 2015-ci ilin birinci yarısında xüsusilə mənzil seqmentində qiymətlərin ucuzlaşması davam edəcək, ilin ikinci yarısından isə qiymətlər sabitləşməyə başlayacaq.

Rusiya rublu geosiyasi risklərin və neftin qiymətlərinin düşməsinin fonunda kəskin azalıb. Son bir ay ərzində Moskva birjasında hərracların gedişində dollar 80,10 rubla, avro isə 100,74 rubla qalxıb.