vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
MÜƏLLİF  
23:02 | 16 sentyabr 2013 | Bazar ertəsi Məqaləyə 4745 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Nigar Köçərli özünü ifşa etdi»

Şərif AĞ

MÖVZU İLƏ ƏLAQƏLİ

“Əli və Nino” mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli ilə məlum mübahisəmizdən sonra kitab əməlli-başlı gündəmə gəldi. Əlbəttə, buna sevinməmək olmur və gəlin açığını deyək, Nigar xanımın adı hardan keçirsə orda kitab mövzusu da var. Dəxli yoxdur, hansı kitabdan və kimdən söhbət gedir. Dünyada elə bir kitab tapmaq mümkün deyil ki, ordan nəsə öyrənməyəsən. Bu mənada məlum debatımızı kifayət qədər əhəmiyyətli hesab edirəm. Eyni zamanda bir sıra məqamlara aydınlıq gətirmək məcburiyyətindəyəm...

Məlumat üçün bildirim ki, söhbət vaxtı “Azərbaycan yazıçıları yaxşı yaza bilmədikləri üçün kitabları satılmır” ittihamı ilə çıxış edən Nigar Köçərli telefonda, mən isə studiyada idim və onu çox pis eşidirdim. Xanımın bir çox iddialarını sonradan saytda gördüm. Bundan əlavə, mətbuatda və sosial şəbəkələrdə məni qınayanlar oldu ki, bəs haqlı olduğun halda Nigar Köçərliyə layiqli cavab verə bilmədin.
Belə deyil!
Kitaba yalnız bazar prinsipləri ilə dəyər verən və Azərbaycan ədəbiyyatına yaxşı bələd olmayan xanıma aşağıdakı iki cümlə yetərli idi ki, mən də onları söylədim:
Kitab yalnız əmtəə deyil.
Siz Azərbaycan ədəbiyyatını yaxşı bilmirsiniz.
Başqa nə etməli idim. Hər halda kifayət qədər mədəni bir xanıma, eyni zamanda xətrini çox istədiyim bir insana başqa nə deməli idim? Doğrudur o, mənə istehza etdi. Xüsusilə də, Xalid Hüseyni və “Qanun” nəşriyyatı ilə monopoliya məsələsində... Etdi, etdi də, nə demək olar? Mən efirdə Saday Budaqlının və Səfər Alışarlının kim olduğunu Nigar Köçərliyə başa salası deyildim ki!
Bir də unutmayın, dəyərli dostlar!
Onun qarşısında ədəbi mühitdə kifayət qədər tanınmasına baxmayaraq kitabları min tirajdan artıq çap olunmayan bir yazıçı – yəni bəndəniz oturmuşdu və bu məsələdə dilim gödək idi. Yaxşı yazırsan, niyə oxumurlar səni? Bu sual təkcə mənə deyil, bütün ədəbi mühitə verilmişdi və yaxşı olar ki, məni qınamaq əvəzinə özünüz bu suala cavab verəsiniz.
Bəli, Azərbaycanda ciddi müəlliflər oxunmur. Nigar xanım bu məsələdə haqlıdır. Ancaq problemin səbəblərinə gələndə o, kökündən səhv edir. Hətta özünü ifşa edir. Axı o, kifayət qədər ağıllı xanımdır. Yaxşı bilmədiyi bir ədəbi dünyanı Çingiz Abdullayev -  Elxan Elatlı – Qaraqan məntiqi ilə yarğılamaq nə dərəcədə doğrudur? Şəhərin ən böyük kitab mağazası şəbəkəsinin rəhbəri bəlkə ciddi müəlliflərlə daha yumşaq rəftar etməlidir. Onsuz da 500-1000 tirajla kitab çap edən yazar oxunmadığını, geniş kütlə içində maraq doğurmadığını bilir. Yaxşı, olsun ki, yaza bilmir, amma Nigar Köçərlinin “yaza bilənlər” kimi misal gətirdiyi müəlliflər onun iddialarının gülünc olduğunu göstərir.
Hər halda mən o qədər məntiqsiz deyiləm ki, hansısa bir rejimin əleyhinə getməyi ədəbiyyatın başlıca şərti hesab edəm. Azərbaycanda kifayət qədər radikal mövqe göstərən, hətta mühacir  həyatı yaşayan yazıçılar var. Ancaq bu, sənətkar olmaq üçün yetərli deyil. Yazmağa ilk növbədə istedad lazımdır. Necə ki, Xalid Hüseynidə var. Sadəcə mənim deməyim odur ki, yazıçının düşdüyü mühitdən çox şey asılıdır. Xalid Hüseyni Amerikada yaşamasaydı, Əfqanıstanda qalsaydı  təbii ki, indiki qədər populyar olmayacaqdı. Bəlkə də heç yazmağa cəsarəti çatmayacaqdı. Və ya onu rahatlıqla məhv edəcəkdilər.
Avropa və Amerikanın ədəbiyyat məkanına çıxmaq imkanı olan qələm adamları ilə yaşamağa evi belə olmayan azərbaycanlı yazıçını müqayisə etmək yalnız problemlərdən xəbərsiz biznesmenlərin ağlına gələ bilər. Ədəbiyyat cəmiyyətdən qopmuş, əlahiddə bir sahə deyil. Ədəbiyyat cəmiyyətin aynasıdır. Yaşadığın cəmiyyət hansı səviyyədədirsə, yaratdığın ədəbiyyat da o səviyyədə olacaq.
Paolo Koelyonun milyonlarına həsəd apararaq ədəbiyyat yaratmaq olmaz. Ədəbiyyatda Borxesin kor gözləri o milyonlardan daha qiymətlidir.
Ədəbiyyat birinci könül işidir, ikinci ağıl və zəka!
Yaxşı olar ki, bu ilahi nemətlərin gücündən ərsəyə gələn əsəri elə yazasan ki, geniş oxucu kütləsinin marağına səbəb olsun.
Ancaq, kitabı pul qazanmaq üçün yazırsansa, artıq bu, mən başa düşdüyüm ədəbiyyat deyildir.
Olsun ki, səhv edirəm.    
O ki, qaldı, kitabın hansı rəfdə yerləşdirilməsi məsələsinə... Bu, “Əli və Nino” ilə “Qanun” nəşriyyatının yaratdığı monopoliyaya bir işarə idi. Guya mən bilmirəm ki, maraqsız kitabı satıcının yaxasından assan da satılmayacaq...
Məzəniz olsun!

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)