«Dəfələrlə şahidi olmuşuq»
«Bu qərarları hər seçkidə verirlər»
Aqşin KƏRİMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
-
Kimlər vergidən azad olunacaq?
Yeni güzəştləri tətbiq ediləcək
-
Yaşıl dəhliz niyə işləmir?
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Büdcə müzakirələri ...
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
Büdcə icrasının müzakirələri
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
-
Ali təhsil 3 ilə endirilə bilər
Bütün universitetlərin yataqxanası olmalıdır
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
MM-də yeni təyinat
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
-
“Ölkədə savadsızlıq tüğyan edir”
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
-
MM-də islahatlar
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
-
Yeni spiker kimdir?
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
-
“Vəziyyət həqiqətən bərbaddır”
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
Milli Məclisin vitse-spikeri Bahar Muradova Modern.az saytının suallarını cavablandırıb.
- Noyabrın 1-də Azərbaycanda V çağırış Milli Məclisə seçkilər keçiriləcək. Seçkiqabağı ictimai-siyasi fəallıq siyasi mübarizəyə adekvatdırmı?
- Əlbəttə ki, ölkədə seçki ilə əlaqədar böyük bir ictimai-siyasi fəallıq var. Sosial bazası, Azərbaycan seçicilərinə deməyə sözü olan, təklif etdiyi vəzifələri həyata keçirməyə imkanı və qabiliyyəti olan siyasi partiyaların öz fəaliyyətini qanun çərçivəsində qurması üçün çox münbit şərait mövcuddur. Seçki prosesi ilə bağlı vaxtda səmərəli istifadə edənlərin uğur qazanması mümkündür.
- Hakim Yeni Azərbaycan Partiyası seçki kampaniyasını necə quracaq?
- Yeni Azərbaycan Partiyası olaraq biz də bu münbit şəraiti çox yüksək dəyərləndiririk. Partiya özünün seçkiyə hazırlığını qanunla müəyyən edilmiş mərhələyə uyğun qurur. Partiya öz fəaliyyətini çox yüksək səviyyədə həyata keçirməyə hazırdır. Hesab edirəm ki, çox yaxşı, sağlam, rəqabətə əsaslanan seçki kampaniyası həyata keçirmək mümkün olacaq.
- Bəzi partiyalar, siyasi təşkilatlar parlament seçkilərindən kənarda qalmaq istəyir. Hər hansı bir partiyanın Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etməməsi ölkədəki siyasi mənzərədə bir boşluq yaratmır ki?
- Bəzi partiyalar hər seçkidə bu cür qərarlar verirlər. Dəfələrlə boykot çağırışlarının şahidi olmuşuq. Amma bu çağırışlar seçkinin boykot olunması demək deyil. Onlar sadəcə olaraq özlərini bu prosesdən kənarda qoymağı qarşılarına məqsəd qoyublar. Ona görə də hesab edirəm ki, seçkidə iştirak etməmək məntiqli və ağlabatan qərar deyil. Siyasi parrtiyalar siyasi proseslərin iştirakçıları olmalıdırlar.
- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycana müşahidəçi göndərəcəyini açıqlayıb. Lakin digər beynəlxalq təşkilatların Azərbaycanda seçkini izləməmək istəyi ilə bağlı məlumatlar da var. Xarici müşahidəçilərin seçkiyə gəlməməsi ilə Azərbaycan nəsə itirə bilərmi?
- Mən düşünmürəm ki, Azərbaycana müşahidəçi gəlməyəcək. Tam əminliklə deyirəm ki, beynəlxalq təşkilatlar öz nümayəndələrini seçkiyə göndərəcəklər. Bu, həm də bir çox beynəlxalq qurumların parlament təşkilatlarının fəaliyyət sferasına daxildir. Onlar bundan istifadə etmədikləri halda, seçki ilə bağlı hansısa rəy bildirmələri də doğrul olmazdı. Buna görə də düşünürəm ki, beynəlxalq təşkilatların seçkini müşahidə etməsi vacibdir.