vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
TÜRK DÜNYASI  
19:00 | 10 noyabr 2015 | Çərşənbə axşamı Məqaləyə 2142 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Baxçalı Oğanla bacarmır

Azərbaycanlı siyasətçi Türkiyədə müxalifət lideri ola bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

1 noyabr seçkilərində böyük miqdarda səs itirən və Türkiyə parlamentində deputat sayına görə 4-cü sıraya düşən Milliyyətçi Hərəkat Partiyasında dəyişiklik tələbi səsləri yüksəlir.

Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, artıq MHP sədri Dövlət Baxçalının yerinə namizədlərin bəziləri fəaliyyətə başlayıb. Bunlardan biri də əslən azərbaycanlı, İğdırda anadan olmuş Sinan Oğandır. Sinan Oğan artıq Ülkü ocaqları ilə danışıqlara başlayıb, həmçinin, partiya liderliyinə yüksəlməkdə əsas rəqibi olan Meral Akşenerə qarşı təbliğat aparır.

O bildirib ki, partiyası 2023-cü ildə 40 faizə qədər səs toplaya və təkbaşına iqtidar ola bilər.

Qeyd edək ki, Sinan Oğan bu il 7 iyuna qədər MHP deputatı idi. Lakin sədr D.Baxçalının yerinə adı keçdiyi və partiyada nüfuzu artan xətlə davam etdiyi üçün iyun seçkilərində MHP-nin deputat siyahısından kənarda qaldı. Bununla da MHP İğdırda yüksək faizlə səs itirdi. Bunun ardında partiyadan da xaric edilən Sinan Oğan məhkəməyə müraciət edərək MHP üzvlüyünü bərpa etməyə nail olub.

Onu da bildirək ki, S.Oğan uzun illər Azərbaycan Dövlət İqtisad Universitetində işləyib.