«Məncə bu düzgün deyil»
YAP-çı deputat bir millət vəkilinin iki komissiyada təmsilinə etiraz etdi, spiker ona cavab verdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
-
Kimlər vergidən azad olunacaq?
Yeni güzəştləri tətbiq ediləcək
-
Yaşıl dəhliz niyə işləmir?
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Büdcə müzakirələri ...
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
Büdcə icrasının müzakirələri
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
-
Ali təhsil 3 ilə endirilə bilər
Bütün universitetlərin yataqxanası olmalıdır
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
MM-də yeni təyinat
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
-
“Ölkədə savadsızlıq tüğyan edir”
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
-
MM-də islahatlar
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
-
Yeni spiker kimdir?
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
-
Spiker nazirə şikayətləndi
“Gərək hər dəfə kartdan pul çıxaraq?”
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
«Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının təşkil edilməsi haqqında», «Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında» və «Azərbaycan Respublikası Milli Məclisi komitələrinin yeni üzvlərinin seçilməsi haqqında» sənəd parlamentdə müzakirəyə çıxarılaraq ayrı-ayrılıqda təsdiq olunub.
APA-nın məlumatına görə, əsas yenilik odur ki, artıq bir deputat iki komitədə təmsil oluna biləcək. Müzakirə zamanı Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Aydın Mirzəzadə buna etirazını bildirib: «Komitə üzvü komitə sədri və müavinindən sonra ən yüksək statusdur. Necə ola bilər ki, aid olduğu komitənin üzvlüyündən başqa, həmin deputat digər bir komitənin də təsadüfi üzvü olsun? Məncə bu düzgün deyil».
Milli Məclisin sədri Oqtay Əsədov isə onunla razılaşmayıb: «Burda etiraz etməyə nə ehtiyac var axı, Aydın Mirzəzadə?! Dünyanın hər yerində bu praktika var, biz də tətbiq edirik. Qoy, deputat bir komitəyə yox, digər komitəyə də töhfəsini versin. Həm də deputatın hər bir məsələyə səs verməsi onsuz da onun hüququdur. Burda etiraz ediləsi heç nə yoxdur».
Qeyd edək ki, İntizam komissiyasının tərkibinə deputat Kamran Nəbizadənin adı əlavə edilib.
Komissiyaların tərkibi isə belədir:
İntizam Komissiyası
Abıyev Ağacan Qulam oğlu
İbrahimgızı Məlahət İbrahim qızı
Fətiyev Xanlar Nuru oğlu
Kazımov Mirkazım Məhəmməd oğlu
Möhbalıyev Səttar Suliddin oğlu
Mustafa Fazil Qəzənfər oğlu
Nəbizadə Kamran telman oğlu
Hesablayıcı komissiyası
Heydərov Fəttah Səməd oğlu
Vəliyeva Sədaqət Süleyman qızı
Həsənquliyev Qüdrət Müzəffər oğlu
Hüseynov Rafael Baba oğlu
Kazımlı Xanhüseyn Hüseynağa oğlu
Orucov Zahid Məhərrəm oğlu
Zabelin Mixail Yuryeviç