vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 8 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
QARABAĞ  
20:36 | 4 aprel 2016 | Bazar ertəsi Məqaləyə 2079 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ordumuz irəliləyir»

General Yaşar Aydəmirov: «Düşməni əvvəlki mövqelərindən sıxışdırıb çıxarırıq»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Mənə məlum olduğu qədər, Azərbaycan ordusu cənub istiqamətində artıq bir çox strateji yüksəklikləri ələ keçirib və onları əlində saxlayır», - bunu virtualaz.org-a müsahibəsində ehtiyatda olan general-leytenant, Azərbaycan Silahlı Qüvvələrinin keçmiş korpus komandiri Yaşar Aydəmirov deyib.

«Azərbaycan ordusu doğru qərar qəbul edərək, bir-birinin ardınca strateji yüksəklikləri tutur ki, bu da bizə hərbi əməliyyatların keçirilməsində tam üstünlük verir. Cəbhənin əksər hissələrində ordu bölmələrimiz düşməni əvvəlki mövqelərindən sıxışdırıb çıxarıb və biz irəliləyirik», - hərbçi belə deyib.

Azərbaycanın hərbi əməliyyatların gedişində TOS-1 ağır odsaçanlardan istifadə etməsi xəbərini şərh edən general Y.Aydəmirov bildirib ki, əgər Ermənistan fikrindən vaz keçməsə, hərbçilərimiz tərəfindən daha müasir silah növləri tətbiq ediləcək ki, bunlar düşməni, sözsüz ki, təşvişə salacaq.