vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
16:00 | 29 oktyabr 2016 | Şənbə Məqaləyə 1925 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

OPEC toplantısından qayıdan nazirdən açıqlama

«Razılaşmanın təsdiqi İran və İraqdan asılıdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

OPEC-ə üzv və qeyri-üzv ölkələrin ekspert görüşünün nəticəsi olaraq əldə olunmuş Əlcəzair razılaşması üzrə «yol xəritəsi»nin qəbul edilməsi İraq və İranın hansı mövqe tutmasından asılı olacaq.

«RİA Novosti»nin verdiyi məlumata görə, bunu jurnalistlərə Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Nazir hesab edir ki, əgər hətta OPEC-ə üzv ölkələrin çoxu hansısa dərəcədə mövcud tendensiyalara sadiq qalsa da, bütün neft istehsal edən ölkələr bazarda qiymətlərin tezliklə sabitləşməsinə və qiymət artımı tendensiyasının baş verəcəyinə ümid etsələr də, İraq və İran kimi ölkələr bu gün daha çox öz neft hasilatlarını artırmaqda, OPEC-də həmişə tutduqları mövqelərini qorumaqda maraqlıdırlar: «Ona görə də ilin sonuna qədər nə baş verə biləcəyini nəzərə almaq üçün onların mövqeyini aydınlaşdırmaq vacibdir».