vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
MEDİA-QHT  
17:47 | 2 noyabr 2016 | Çərşənbə Məqaləyə 2541 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Səyyar Valideynlik Məktəbi» baş tutdu

Layihə təkcə uşaq və valideynləri deyil, onların sosial əhatəsini də əhatə edib (fotolar)

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD FOTO

  • «Səyyar Valideynlik Məktəbi» baş tutdu
  • «Səyyar Valideynlik Məktəbi» baş tutdu
  • «Səyyar Valideynlik Məktəbi» baş tutdu
  • «Səyyar Valideynlik Məktəbi» baş tutdu
  • «Səyyar Valideynlik Məktəbi» baş tutdu
  • «Səyyar Valideynlik Məktəbi» baş tutdu
  • «Səyyar Valideynlik Məktəbi» baş tutdu
  • «Səyyar Valideynlik Məktəbi» baş tutdu

«Sağlam Həyata Dəstək» İctimai Birliyi Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Səyyar Valideynlik Məktəbi» layihəsini icra edib.

Vaxt.az-ın xəbərinə görə, layihə çərçivəsində oktyabrın 10-da Cəlilabadda, oktyabrın 11-də Masallıda, oktyabrın 12-də Yardımlıda, oktyabr 13-dən 20-dək Bakı şəhərinin 3 və 5 saylı xüsusi internat məktəblərində əlilliyi olan uşaqlar və onların valideynlərindən ibarət qruplarla sosial iş və sosial xidmətlər haqqında maarifləndirilmə tədbirləri keçirilib.

Tədbir zamanı əlil və sağlamlıq imkanları məhdud olan uşaq və valideynlərinin hüquq və vəzifələri, uşaqların gənclik dövrünə hazırlığına dəstək, peşə seçimi və uğur stimulu ilə bağlı məlumatlar verilib. Layihə çərçivəsində maarifləndirmə işi 500 nəfəri əhatə edib və Valideyn Uşaq Assosiasiyaları yaradılıb.

Avqust-oktyabr ayları ərzində davam edən layihə uşaq və valideynlərdən başqa onların yaxın qohumlarını, himayədarlarını, qəyyumlarını, sosial əhatəsini də əhatə edib. Bundan əlavə, kiçik və yuxarı sinif şagirdləri ilə art terapiya keçirilib.