vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
AKTUAL  
11:08 | 2 noyabr 2016 | Çərşənbə Məqaləyə 442 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdəbillilər etriaz edir

Əhali yeni xiyabana Kuruş adı verilməsinə reaksiya verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanın Ərdəbil şəhərində İran rejiminin əlaltıları yeni salınmış xiyabana Kuruş (Kir) adı veriblər, onların bu əməli yerli əhalinin kəskin etirazına səbəb olub.

Əldə etdiyimiz məlumata görə, Ərdəbilin Şorabil turizm zonasında yeni salınmış xiyabanın işıqlandırılmasında Kuruşun şəkilini əks etdirən elektrik dirəklərindən istifadə olunub. Bundan sonra bir qrup ərdəbilli soydaşımız Şəhər Şurasına müraciət edərək şəhərdə yerli və milli ad və atributlardan istifadə olunmasını tələb ediblər, lakin onların tələbi məsullar tərəfindən rədd olunub.

Oktyabrın 7-də isə Xiyabanın girişində divar üzərinə «Kuruş» sözü yazılıb. Şovinistlərin bu əməli də yerli əhali tərəfindən cavabsız qalmayıb, soydaşlarımız Kuruşun adını silərək yerinə Azərbaycanın tarixi qəhrəmanı Babək Xürrəmdinin adını yazıblar.

Xatırladaq ki, oktyabrın 28-də İranın Şiraz şəhərinin yaxınlığında yerləşən Pasarqadda, Əhəmənilər (Həxaməneşilər) sülaləsinin ilk padişahı sayılan Kuruşun məqbərəsi qarşısında aksiya keçirilib.

Paniranist təfəkkürlü millətçi gənclər, fars millətçiliyinin əsas simvollarından sayılan Kuruşu anaraq ərəblərə qarşı şüarlar səsləndiriblər. «Deyirlər ki, hər şey Allahın əlindədir, bizim isə çəkdiyimiz bütün müsibətlər ərəblərdəndir», «Biz arilərik (ariyayi) və ərəbləri pərəstiş etmirik», «İran bizim vətənimiz, Kuruş isə atamızdır» və «Pəhləvi, Pəhləvi» şüarları səsləndirən aksiyaçılar, həm də İranın keçmiş şahının xaricdə mühacirətdə yaşayan oğlu Rza Pəhləviyə dəstək veriblər.

Bir neçə min millətçi fars gəncinin iştirakı ilə keçirilən və iki-üç saat davam edən aksiya hökumət qüvvələrinin müdaxiləsindən sonra başa çatıb. Qeyd edək ki, İranda oktyabrın 28-i (7 aban günü) qeyri rəsmi olaraq paniranistlər tərəfindən Kuruş günü elan edilib. Paniranistlər son illər həmin gündə məqbərə ətrafında toplaşaraq əhəməni padşahının doğum gününü qeyd edirlər.