

Yaxud erməni terroru yoxsa Sovet kəşfiyyatının əməliyyatı
Dövlətin adını Şimali Azərbaycana dəyişmək bunu açacaqmı?
Məhəmməd Kazım Şəriətmədari haqda bir müsahibə ilə xırp kəsiləcək ...
Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri siyasi partiyalar və QHT-lərlə görüşəcək
“Şou bitəcək və həqiqət üzə çıxacaq”
Milli qəhrəman Kazım Xan Quşçu kimdi?
Bugünkü müzakirə və gəlişmələr öz sözünü mütləq deyəcək
Hirkan meşələri dördü gündür yanır
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
21 Azər hərəkatına hazırlıq gedir
Təbrizli millət vəkili etirazçıların səsini eşitməyə çağırdı
Xammal yoxdur, müəssisələr bağlanır, bahalaşma gözlənilir
Təbrizi divarlarını qraffiti yazıları bürüdü
SEPAH zabitinin qəddarlığı sonunu gətirdi
“Zəngəzur dəhlizi”nə qarşı İranın “qırmızı xətt” açıqlamasından, İran mediasında Azərbaycan əleyhinə yazılar artandan və İran siyasətçilərinin “Azərbaycan deyilən heç bir şey yoxdur, Naxçıvan da İrana birləşdirilməlidir” tipli sayıqlamalarından sonra dövlətin əsas media resursu olan AzTV İrana qarşı amansız “informasiya zərbələri” endirməkdədir.
Bazar günləri efirə çıxan “Həftə” proqramının aparıcısı, AzTV rəhbəri Rövşən Məmmədov həqiqətən İranı “sökür”.
O, İranın müxtəlif radio xidmətləri, “Səhər TV” və digər media resursları vasitəsilə Azərbaycana qarşı uzun illər apardığı aşağılayıcı siyasəti faktlarla, cəsarətli formada, sərt və kəskin çıxışları ilə ifşa edir.
Son günlərdə Rövşən bəy arxiv materiallarından da çox effektiv istifadə etməyə başlayıb.
Xatırlayıram ki, 20 il bundan öncə eks-prezident Əbülfəz Elçibəyin sifarişi ilə, əsasən Cənubi Azərbaycan mövzusunda olan “Bütöv Azərbaycan” multimedia layihəsi üzərində işləyərkən bu tip informasiya resursları, multimedia materiallar tapmaq və əldə etmək bizim üçün çox çətin olub.
Baxıram ki, AzTV-nin müxtəlif sosial resurslarda yerləşdirdiyi videoların paylaşımları, baxış sayları da kəskin artıb.
Bu tip verilişlər sayəsində AzTV-nin və onun sosial resursların aktivliyi və auditoriyası son zamanlarda kəskin artıb.
Güneydə baş verənlər, oradakı tarixi proseslər, Səttarxan və Xiyabani hərəkatları, Təbrizdə Pişəvərinin rəhbərliyi altında qurulan Azərbaycan Milli Hökumətinin qısa müddətli fəaliyyəti ilə bağlı məlumatlara, xüsusilə multimedia informasiyalara ciddi ehtiyac var.
Düşünürəm ki, AzTV-nin , digər kanallarımızın və media qurumlarının İranın uzun illər Azərbaycana qarşı apardığı informasiya müharibəsinə qarşı adekvat reaksiyaları, Cənubi Azərbaycanla bağlı mesajları və informasiya yüklü verilişləri milli maraqlarımıza uyğundur.