Hadı Rəcəbli sözü
Deputatın dedikləri heç vaxt boğazdan keçməyib
Afət TELMANQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
“O adam öz taleyi ilə oynayır”
Deputat “Real TV”ni ittiham etdi, sərvəti haqda yayılan xəbərə qəzəbli reaksiya verdi
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
-
“Vəziyyət həqiqətən bərbaddır”
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
-
“Jurnalistlərin Ermənistana səfəri müsbət haldır”
Mətbuat Şurasının sədri müzakirələrə son qoydu
-
Parlamentdə mübahisə
Siyavuş Novruzov spikerdən siyahı istədi
-
«Qiymət qalxdısa, enməsi çətin olur»
Millət vəkili: «Büdcəni yox, ona münasibəti tənqid etmişəm»
-
«Deputatların maaşı niyə qaldırılmır?»
Siyavuş Novruzovdan etiraz
-
«Bu fikirlər bugünkü tələblərə cavab vermir»
Hotel və hostellərlə bağlı qanun layihəsi etiraz doğurdu
-
Hadı Rəcəbli nədən ehtiyat edir?
Komitə sədrindən jurnalistlərə qadağa
-
«Nəylə qaldıraq?»
Deputat: «Deyirlər maaşı, pensiyanı qaldırın, ...»
-
Hansı deputatlara mənzil verilib?
Milli Məclisdən açıqlama
-
«Belə olmaz axı!»
Deputat Hüseynbala Mirələmov: «Dediklərimin hamısını montaj ediblər»
-
«Azdır az ye, ...»
Deputat insanları az yeməyə çağırdı
-
«Əhəmiyyətli artım ola bilər»
Gələn il pensiyalar bütövlükdə indeksasiya olunacaq
-
«Qaqa, niyə utanırsan ki?»
Aqil Abbas: «Mənim atamın goruna sosial şəbəkələrdə 932 nəfər söymüşdü»
Hadı müəllim hər zaman medianin gündəmində olan deputat olub. Açıqladığı fikirlər hər zaman onu diqqət mərkəzində saxlayıb. Amma əfsuslar ki, Hadı müəllimin dediyi söz elə söz olub ki, heç vaxt boğazdan keçməyib. Çünki çox zaman söz xatirinə danışmaq da xoş nəticə vermir. Bu deputat hələ bir müddət müəllimlər maaşla dolana bilmirlərsə, gedib daş hörüb fəhləlik etsinlər deməklə hər kəsin qınağına tuş gəlmişdi. Ara təzəcə sakitləşmək istəyirdi ki, indi də Qarabağ əlillərinin, o cümlədən hər kəsin qınağına tuş oldu. Hadı müəllimin dediyi, Niyə Qarabağ əlillərinə dərman, nəqliyyat pulsuz olmalıdır kəlməsi hamını özündən çıxardı. Sağlamlığını sizin, bizim yolumuzda Qurban vermiş minlərlə Qarabağ əlilinin, onların yaxınlarının hissiyyatı ilə oynamaq nədir? Məgər Hadı müəllimin dünyanın hər yerində müharibə əlilinə qoyulan hörmətdən xəbəri yoxdurmu? Yoxdursa, bu da bir minusdur.
Uzağa getməyəcəm. Qonşu Türkiyədə millətin vəkili adlandırılan şəxs Hadı müəllim kimi niyə kimsəni özündən çıxarmır. Türkiyədə savaş əlilləri, onların ailələri ölkədaxili bütün nəqliyyat vasitələrindən pulsuz istifadə edirlər. Xəstəxanalarda həm özləri, həm də ailə üzvləri pulsuz müalicə alır, pulsuz dərmanlarla təmin olunurlar. Onların təhsil, kredit güzəştlərini demirəm hələ. Yenə də fikirləşirəm ki, bəlkə Hadi müəllimin fikirləri kontekstdən çıxarılıb ya düzgün anlaşılmayıb. Məncə Hadı müəllim demək istəyib ki, nəqliyyat, aptek özəl olduğundan Qarabağ əlilinin müavinəti artırılsa daha məqsədəuyğun olar.
Məsələn, Bakı şəhərində yaşayan Qarabağ əlilinə nəqliyyatdan güzəşt şamil edilir tutaq ki, Gədəbəydə Qarabağ əlili nəqliyyatdan istifadə edə bilmir. Mən də o fikirlə razılaşardım ki, nəqliyyat və dərman güzəştinin əvəzinə onların müavinəti artırılsa daha ədalətli olardı. Hadı müəllim yəqin Qarabağ əlillərinə müavinətin artırılması yöndə düşünüb. Çünki Hadı adının mənası yardım edən deməkdir. Hadı müəllimin də adına uyğun fikirləşdiyinə inanmaq istəyirəm. Onun bu çağında dediyi sözə görə yüksək kürsülərdən danlanmasına inanmaq istəmirəm!
Bir də ki, müharibə vəziyyətində olan bir ölkənin qanunverici orqanının nümayəndəsinin indiki halda hər kəlməsinə fikir verib qıcıq yaratmaması gərəkdir. Axı haqlarında olmaz dediyi o insanlar Hadı Rəcəblinin, hamımızın bu günü üçün sağlamlığını itiriblər. Onlar torpaq uğrunda savaşa atılanda seçdikləri vəkillərinin onların vəkili olmayacağlarını ağıllarının ucundan belə keçirməyiblər. Düşmənin üzərinə haydı irəli deyib gedəndə Hadı müəllimin firavan ölkədə yaşamasını da düşünüblər. Onlar kişi kimi savaşıb Qarabağ əlili statusu qazanmayıblar ki, bu gün qulaqları ad və əməllərinə yaraşmayan söz eşitsin. Odur ki, Hadı müəllim söz deyəndə əsgər yarasını qoparan söz deməyin!