
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
Pis niyyətə düşənlərin sonu bəllidir
Yeni güzəştləri tətbiq ediləcək
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
Bütün universitetlərin yataqxanası olmalıdır
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
“Gərək hər dəfə kartdan pul çıxaraq?”
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
Deputat “Real TV”ni ittiham etdi, sərvəti haqda yayılan xəbərə qəzəbli reaksiya verdi
Dünəndən bəri mətbuat səhifələrində və sosial şəbəkələrdə 13 deputata pulsuz mənzil verilməsi barədəki xəbər əsas müzakirə mövzusuna çevrilib.
Ev alan deputatlar arasında Hadi Rəcəbli, Oqtay Əsədov və Bəxtiyar Əliyevin də adı hallanır.
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında yayılan xəbərlərə tam olaraq aydınlıq gətirib.
«Hadı Rəcəbli ilə əlaqə saxladım. Onun ev alması xəbəri yalandır. Milli Məclisin spikeri Oqtay Əsədovun da ev alması xəbəri yalandır. Doğru deyil.
Keçmiş deputat, hal-hazırda Milli Məclisin şöbə müdirinin müavini olan Rifət Ağalarovla da əlaqə saxladım. Rifət Ağalarov ev alıb. Təxminən 15 il bundan qabaq, 2004-cü ildə evi tikən şirkətə öz pulunu ödəyib. Yəni, həmin evi öz pulu ilə alıb. Sadəcə, ev almaq məsələsi bir qədər uzanıb. O da evi bu yaxınlarda alıb».
Qeyd edək ki, xəbərdə adı çəkilən keçmiş deputat, hüquqşünas Əlməmməd Nuriyev də Modern.az-a açıqlamasında ev almadığını deyib.
Keçmiş deputat, Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov da ev almadığını deyib. O, vaxtilə tikilməkdə olan binadan mənzil almaq üçün «Kat LTD» şirkətinə pul ödədiyini də qeyd edib.
Sabiq deputat, İctimai Televiziyanın keçmiş baş direktoru İsmayıl Ömərov da deyib ki, o, mənzil almayıb.
«Yalandan yazıblar, başqa işlə məşğul olsunlar. 5 ildir haqqımda nə gəldi yazırlar».