
Spiker nazirə şikayətləndi
“Gərək hər dəfə kartdan pul çıxaraq?”
“Gərək hər dəfə kartdan pul çıxaraq?”
Deputat “Real TV”ni ittiham etdi, sərvəti haqda yayılan xəbərə qəzəbli reaksiya verdi
Parlament “Hərbi vəziyyət haqqında” Qanuna ciddi dəyişiklik etdi
Siyavuş Novruzov spikerdən siyahı istədi
Parlamentdə 10 deputat “yox” düyməsini basdı, spiker hirsləndi
Əflatun Amaşov hesabata etiraz etdi
Spiker böyük əfv haqda
Parlamentin 100 illiyi keçiriləcək
Oqtay Əsədov Azərbaycan-Rusiya əlaqələri haqda...
Oqtay Əsədov TürkPA-nın Şura iclasında iştirak edib
Oqtay Əsədov deputatlara xəbərdarlıq etdi: «Daha bəsdirin!»
Lukaşenko Azərbaycana yeni silahlar satacaqlarına eyham vurdu: «Özümüzə haqq qazandırmağa da ehtiyacımız yoxdur»
Asim Mollazadə: «ABŞ üçün Azərbaycanın önəmi tarixi və dəyərləri ilə bağlıdır»
Asim Mollazadə: «ABŞ-ın daxili siyasətində SSRİ-ni bərpa etmək xülyası ilə yaşayan qüvvələr fəallaşıb»
Turizm müəssisələri haqda məlumatları və standartları özündə əks etdirən reyestr yaradılmalıdır
MM-də qalmaqal: «Konstitusiya Məhkəməsi bankların xeyrinə qərar çıxardı, insanlar da özlərini yandırdı...»
Milli Məclisdə Mənzil Məcəlləsinə edilən dəyişikliklər fikir müxtəlifliyinə səbəb olub. Deputat Asim Mollazadə qanun layihəsinin qəbulunun əleyhinə çıxıb. Yaşayış binalarındakı mənzillərin hotel və ya hostellərə çevrilməsini düzgün saymayan deputat bunları bildirib: «Qanunvericiliyə təklif olunan variant dünya təcrübəsinə ziddir. Yaşayış ərazisində mehmanxana və ya hostellərin yerləşdirilməsi vətəndaşların hüquqlarını poza bilər. İnsanların öz yaşayış sahəsində sakit yaşamaq hüququ var, biz bu qanunla həmin hüququ pozmuş olacağıq. Bu düzəliş bizim vətəndaşların şəxsi mühitinə müdaxilədir. Ona görə mən bu düzəlişin əleyhinəyəm».
Komitə sədri Hadı Rəcəbli isə deyib ki, dünyanın 10 qanununu tərcümə edərək ondan bəhrələniblər: «Mən çox təəccüb edirəm ki, müasir dünyagörüşə malik olan Asim müəllim bu mövqedədir. Onun bu fikirləri tamamilə bugünkü tələblərə cavab verməyən fiklirlərdir. Avropada ayrıca evlərin turizm obyekti kimi istifadə olunması nümunələri var. Biz bu dəyişikliklərlə bürokratiyanın qarşısını xeyli alacağıq və turizmin inkişafına xidmət edəcəyik».
Spiker Oqtay Əsədov da onu müdafiə edib: «Elə götürək Türkiyənin şəhərlərini. Elə şəhərlər var ki, hotel sayı az olsa da, ora hər ay 100 minlərlə turist gəlir, mənzil tuizmi olmasa o qədər turisti yerləşdirmək mümkün deyi».
Deputat Əflatun Amaşov qanun layihəsini müdafiə edərkən is Gürcüstan nümunəsini gətirib: «Keçən il Gürcüstana 6 milyon turist gəldi və nəticədə ölkə 2 milyarda yaxın gəlir əldə etdi. Üstəlik, Gürcüstana gələn turistlərin 70 fazi ayrı-ayrı ailələrdə yaşadı. İnsanlıarın hüququ var ki, öz evlərini turistlərin üzünə açsınlar. Ona görə də mən bu düzəlişi kifayət qədər vacib və əsaslı sayıram. Bu, turizmin ikişafına töhfə verəcək».
Səsvermə il dəyişikliklər qəbul edildi.