
Qanun mexanizmi təkmilləşdirəcək
Miras ilə bağlı mülki mübahisələrə son qoyulur?
Miras ilə bağlı mülki mübahisələrə son qoyulur?
Ödənilə bilməyən bu borcları dövlət qaytaracaq
Başqasının əvəzinə gömrük borcunu ödəmək daha mümkün olmayacaq
Yeni qida normaları təsdiq ediləcək
Keçdiyimiz yol, sevincli, kədərli, təzadlı taleyimiz ilham qaynağım olub
Pis niyyətə düşənlərin sonu bəllidir
Yeni güzəştləri tətbiq ediləcək
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
Bütün universitetlərin yataqxanası olmalıdır
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
«Deyirlər ki, «əmək haqlarını 32 faiz qaldırmaq lazımdır», «pensiyaları 60 faiz qaldırmaq lazımdır» və s. Bəs, necə olsun, nəylə qaldıraq?»
VAXT.AZ «Qafqazinfo»ya istinadən bildirir ki, bu sözləri Milli Məclisin əmək və sosial siyasət Komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda «Pensiya islahatları haqqında» yeni qanunun müzakirəsi üçün bu gün keçirilən iclasda bildirib.
O qeyd edib ki, bu bir tərəfin mövqeyidir: «Ancaq burada dövlət, büdcə mövqeyi var. Bu məsələdə o qədər həssas və diqqətli olmaq lazımdır ki, popilist çıxışlara yol verilməsin. Mən düşünürəm ki, bu yaşda bizlərə belə populist çıxışlar yaraşmaz».
Yanvarın 31-də qanun layihəsinin İşçi Qrupla müzakirəsi aparılacaq: «Fevralın 3-də isə komitə iclasında müzakirəyə çıxarılacaq. Həmin iclasda nazir Səlim Müslümov da iştirak edəcək. Hələlik qanunun mahiyyəti haqqında danışmaq istəmirəm. Deputatlar da layihə ilə yaxından tanış olsunlar. Hələ ki, mətbuata mahiyyət barədə danışmayın. Ayın 3-də komitə iclasında geniş müzakirəyə çıxarılacaq».