vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
MEDİA-QHT  
14:55 | 10 noyabr 2016 | Cümə axşamı Məqaləyə 2325 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sabah üçün əl-ələ!»

Fasiləsiz ekoloji təhsil üçün maarifləndirmə kampaniyası keçirilir

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı şəhərində «Sabah üçün əl-ələ!» - fasiləsiz ekoloji təhsil üçün maarifləndirmə kampaniyasının təşkili» layihəsinin icrası davam edir.

Vaxt.az-ın xəbərinə görə, «Elmi Biliklərin İnkişafına Kömək» İctimai Birliyi tərəfindən icra edilən layihə Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Layihənin məqsədi məktəblilərin ekoloji problemlərin təhlilinə cəlb olunaraq, bu sahədə bilik və bacarıqlarının artırılması və bu vasitə ilə gələcəkdə yaranacaq problemlərin qarşısının alınmasıdır. Layihə çərçivəsində seçilmiş 5 məktəbdən 9-11-ci siniflərində oxuyan 500-dək şagird maariflənməkdədir.

Layihə çərçivəsində Bakı şəhərində yerləşən 5 məktəbdə uşaqlar arasında ekoloji biliklərin və ətraf mühitin mühafizəsi ilə bağlı məlumatlılıq dərəcəsinin yoxlanılması üçün sorğu keçirilib. Sorğunun nəticələri layihəyə cəlb edilmiş yeddi nəfər mütəxəssis heyətindən ibarət işçi qrupunda müzakirə edilmiş və müvafiq tədbirlərin görülməsi planlaşdırılıb. İşçi qrupu müxtəlif vaxtlarda görüşlər keçirərək bitkilərin mühafizəsi, əhalinin sağlamlığının qorunması, Yerin təki, heyvanlar aləmi, ekoloji təhlükəsizlik, əhalinin ekoloji təhsili və maarifləndirilməsi, alternativ enerji mövzuları, milli parkların mühafizəsi haqqında müzakirələr edərək, ekoloji maarifləndirmənin davamlılığının təmin olunması məqsədilə yeni layihələr ətrafında müzakirələr aparıblar. Yeni layihələrin keçirilməsi ilə yanaşı, məktəblilər üçün ekoloji məlumatlandırıcı tədris vəsaitinin hazırlığı başlanıb. Vəsaitin  Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin müxtəlif dərnək üzvləri və digər məktəblilər arasında yayılması ilə məktəblilər ekoloji təhsil sahəsində maariflənəcək.

Ətraf mühit bəşəriyyətin ümumi və ən dəyərli sərvətidir, planetimizdə həyatın ilkin şərtidir, ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həll edilməsi davamlı inkişaf üçün vacib amillərdən biridir. Bir çox inkişaf etməkdə olan ölkələrdə olduğu kimi ölkəmizdə də ətraf mühitin mühafizəsi, resursların səmərəli və dayanıqlı şəkildə istifadə olunması ilə bağlı bəzi narahatlıqlar, problemlər mövcuddur. Bu baxımdan davamlı inkişaf respublikada ətraf mühitin qorunması və təbii resurslardan davamlı istifadəni tələb edir. Məhz bu səbəbdən «Sabah üçün əl-ələ!» fasiləsiz ekoloji təhsil üçün maarifləndirmə kampaniyasının təşkili layihəsinin icrası marağa səbəb olub.