vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
18:00 | 16 noyabr 2016 | Çərşənbə Məqaləyə 3173 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hər erməni düşmən deyil

Bizim dinc əhaliyə qan udduran «qəhrəman»larımız olmayıb

Fəxri HACIBƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bəlkə hər gün buna bənzər başlıqlara, yazılara rast gəlirik. «Ermənilərə qan udduran..» kimi başlıq, təqdimat, tanıtım və ümumilikdə belə bir yanaşma kökündən yanlışdır. Ümumi «erməni» əvəzinə «daşnak», «terrorçu» yazmaq düzgün olmazdımı? Erməni ümumi addır, yanlış-doğru, bir millətə verilmiş addır. Bizim qəhramanlar ağına-bozuna, ziyanlısına-ziyansızına baxmadan, ucdantutma bütün ermənilərə (başlıqdan elə anlaşılır) qan uddurmayıblar axı. Fərq qoyublar - əlinə silah alıb dinc insanları qətlə yetirən, pozuculuq, nifaq yaradan daşnakları, quldurları, banditləri zərərsizləşdiriblər, yoxsa sadəcə erməni kimliyi daşıyan hər kəsə «qan uddurublar»? Bu nə özünəböhtan, ucuz populizm naminə keçmişinə qarayaxmadır belə?!

Bu kimi yazıları ermənilər üzünü köçürüb (ekdarn görüntüsü ilə birlikdə - F.H.), tərcümə edib, bütün dünyaya göstərəcək və bizi total erməni düşməni təqdim eədcəklər. Bu cür işlərdə püxtələşərək peşəkar olan düşmən lobbisinə belə «faktlar» göydən düşmüş «hədiyyə»dir. Bununla onlar bizi erməniyə qan uddurmuş kimi təqdim edirlər və bu tendensiyanın bütün ictimai fikrimizdə hakim olduğunu isbatlayırlar. Bundan sonra bizim apardığımız «münaqişəyə biz başlamadıq, biz qurbanıq» təbliğatı da effektivliyini itirmiş olur, Özümüz öz dilimizlə «erməniyə qan uddururmuşuq» fikrini yaymaqla düşmənin təbliğat dəyirmanının suyunu çoxaldırırq.

Bu həm də hazırda rəsmən başlanmış barış sürəcini sabotaj etməkdir. Bir tərəfdən biz erməniləri ümumiləşdirmədən, separatçı, terrorist, daşnakçı və qeyriləri deyə təsnifatlaşdırdığımızı, Qarabağda vətəndaşlarımız olan ermənilərə qucaq açdığımızı, münaqişənin dinc yolla, erməni vətəndaşlarımızın haqlarının qorunacağına təminat verdiyimizi deyirik, digər tərəfdən biriləri hələ də ümumiləşdirilmiş erməni kimliyinə «qan uddurmaq»dan yazır, qarşılıqlı etimad mühiti yaradılmasına olan ümidləri puça çıxarmaqla məşğul olur.

Eynisini erməni mətbuatı yazsaydı buna bizim reaksiyamız necə olardı, düşünürükmü? Erməni mətbuatı tutaq ki, Monte Melkonyanı «türklərə, azərbaycanlılara qan udduran» kimi yazıb (halbuki belə olub) təqdim etsəydi, haqlı olaraq bunu faşizm, türk qətliamının təbliği kimi anlamazdıqmı? Monte və digərləri Qarabağdakı qətliamları sadəcə bir etnik kimliyə bağlı olma prinsipiylə həyata keçirdiklərini dünyaya uca səslə çatdırıb, eynisini özümüz (və ya biriləri bizim adımızdan) nədən edib həm tariximizə böhtan atıb, qəhrəmanlarımızı etmədiklərində suçlayıb ləkələyirik. Həm də düşmənin bizə etmiş olduğuna qisas zəmini qazandırmaqla, onları haqlı edirik?

Kim edir bunu, məqsəd nədir bunda, bununla Mətbuat Şurası, şəxsən Əflatun Amaşov cənabları maraqlanmalıdır. Bir monitoring aparan, dövlətin hazırkı konfliktin dinc yolla həll olunmasıyla bağlı rəsmi mövqeyini sabotaj edən, düşmən əlinə tutarlı fakt, manevr imkanları təqdim edən bu yazılı və elektron media orqanlarının nə yazdığına nəzarət edən varmı? Yoxsa bu sahədə (də) özbaşınalıqdır, kim nə istəyir onu da edir?


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)