vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 8 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
23:49 | 16 noyabr 2016 | Çərşənbə Məqaləyə 1109 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tanışlıq saytına hücum

Şəxsi məlumatları oğurlanan milyonlarla «sədaqətsiz»in arasında hökumət üzvləri də var

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Telegraph» qəzeti yazır ki, əsasən ailə sədaqətsizlərinə məşuq və ya məşuqə tapmaq üzrə ixtisaslaşmış «AdultFriendFinder» tanışlıq saytına haker hücumu nəticəsində milyonlarla istifadəçinin şəxsi məlumatları internetə sızıb.

Məqalədə deyilir ki, bunların arasında minlərlə hökumət email ünvanı və əlaqə telefonu da var.

Ümumilikdə saytdan 339 milyon email ünvanı sızıb.

Özünü dünyanın ən böyük seks şəbəkələlərindən biri kimi təqdim edən «AdultFriendFinder» saytının 40 milyondan çox fəal istifadəçisi var.

Britaniyaya aid 5,2 milyon məlumatdan 7-si hökumətə aid email ünvanıdır.

İnternet sızmalarını monitorinq edən «Leaked Source» saytı bildirib ki, bunlardan ikisinin saxta hesab olduğu şübhəsizdir.

Məsələn [email protected][email protected]. ünvanlarının qondarma olduğu müəyyən edilib.

Ötən oktyabrda baş versə də üstü indi açılan haker hücumu nəticəsində 412 milyon insana aid fərdi informasiyanın sirri açılıb.

«The Telegraph» yazır ki, «AdultFriendFinder» saytından başqa ona bağlı bir neçə video seks saytlarından 73 milyon istifadəçinin şəxsi məlumatları oğurlanıb.

Ötən il başqa bir «sədaqətsizlər» saytı olan Eşli Medisona haker hücumu zamanı sızmış 37 milyon hesabdan 92-si Britaniya Müdafiə Nazirliyinə, 124 isə hökumətə aid imiş.