Hansı pozada yatırsınız?
Sağlamlığınız çarpayıda necə yatmağınızdan asılıdır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Körpəni asan yatırtmağın ən unikal üsulları
Yeni ana olmuş xanımların diqqətinə ...
-
Günorta yuxusu riskdir
Ağciyər xəstəliklərinin bir çoxu gündüz yatmaqdan yaranır
-
«The İndependent» yazır ki, boyun ağrısı və yuxu apnoesindən (yuxuda boğulma), tənəffüs dövranının pozulmasından tutmuş gecə vahimələrinədək bir çox sağlamlıq problemlərinin səbəbi insanların hansı pozada yatmasıdır.
Məqalədə deyilir ki, ömrümüzün üçdə birinin yuxuda keçdiyini nəzərə alaraq, biz yataqda hansı formada uzandığımıza diqqət yetirməliyik.
«The İndpendent» bu barədə elmin nə dediyindən yazıb.
Arxası üstə və ya ağzıyuxarı yatanlar
Arxası üstdə yatmaq boyun, baş və onurğanızın sabit vəziyyəti üçün yaxşıdır.
Lakin bu cür yatış xoruldamaya və yuxu boğulmasına da səbəb ola bilər. Əgər mədə turşuluğunuz yüksəkdirsə bu şəkildə yatmaq qətiyyən yaramaz.
Əgər başqa cür yata bilmirsinizsə, onda yumşaq balış alın ki, başınız nəfəs almağınıza kömək etsin.
Böyrü üstdə yatanlar
Belə yatış boyun ağrısının, xoruldamanın qarşısını alırsa da, ayaq və qol ətraflarınızdakı sinirlərin sıxılmasına səbəb ola bilər. Xüsusilə də yatarkən qollarınızı başınızın üzərində saxlayırsınızsa…
Ekspertlər bundansa balışı ayaqlarınızın arasına qoymağı məsləhət görürlər. Bu zaman bir ayayağın yükü o biri ayağın üstünə düşmür.
Ağzı üstdə və ya ağzı aşağı yatanlar
Ekspertlər bunu ən ziyanlı yatış forması hesab edirlər. Bu halda da qarın və ayaqların sinirlərinə əlavə güc düşür.
Belə yatanlarda uzun müddətdə xroniki boyun ağrıları yarana bilər.