vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AVROPA  
21:03 | 24 noyabr 2016 | Cümə axşamı Məqaləyə 1167 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cənab Şults gedir

AP sədri Angela Merkelin əsas rəqibi ola bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Parlamentinin (AP) sədri bildirib ki, üçüncü müddətə seçilmək fikrində deyil və gələn ilin yanvar ayında öz vəzifəsini tərk edəcək.

Martin Şults bu qərarı asan qəbul etmədiyini deyib.

Siyasətçi sosial-demokratlar partiyasının lideri kimi Almaniyanın Reyn-Vestfaliya torpağından Bundestaq seçkilərinə qatılmaq niyyətindədir.

Bundan əvvəl Martin Şults un Almaniya siyasətinə qayıtmaq üçün hazırkı vəzifəsindən getmək istədiyi barədə məlumatlar yayılırdı.

Politoloqlara əsasən Martin Şults gələn il keçirilən seçkilərdə Angela Merkelin əsas rəqibinə çevrilə bilər.

Almaniyalı siyasətçi 1994-cü ildən bəri Avropa Parlamentinin üzvüdür, 2012 ildən isə onun sədri vəzifəsinə seçilib.

4 il əvvəl Martin Şults Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının sədri Joze Manuel Barrozo ilə birlikdə Avropa İttifaqına verilən Nobel Sülh mükafatını alıb.

Avropa Parlamentinin sədri Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı danışıqlarda aparıcı rol oynamalıdır.