Həyət evləri ucuzlaşacaq
Yayda bağ kirayəsi daha sərfəli olacaq
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qaza görə güzəşt limiti artırıldı
Tarif Şurası həddi 2200 kubmetrə qaldırdı
-
“Bahalaşma gözlənilmir”
Nazir çörəyin qiymətindən danışdı
-
Tarif Şurası xəbərdarlıq edir
«Bizim qərarımız olmadan dərmanların bahalaşdırılması məsuliyyət yaradır»
-
Tələbələrin mənzil dərdi...
Oğlanlara kirayə vermirlər, əsasən qızlara və ailəlilərə
-
«Bəzi avtomobillərin qiyməti qalxıb»
Benzinin bahalaşması maşın bazarına necə təsir edib?
-
«... Əsasən dizeldən istifadə olunur»
Tarif Şurası: «Benzinin bahalaşması kənd təsərrüfatı məhsullarının qiymətinə təsir etməyəcək»
-
Aİ-92 90 qəpik oldu
Tarif Şurası benzinin qiymətini artırdı
-
Avtobuslarda gediş haqqı artırılmayacaq
BNA-dan rəsmi açıqlama
-
20 qəpik və ya 28,57 faiz bahalaşma
Azərbaycanda benzinin qiyməti yenidən qaldırılır
-
Bakıda ipoteka böhranı başlayıbmı?
İqtisadçı ekspert: «Real gəlir o krediti ödəməyə imkan vermir»
-
Bağ evlərində icarə qiymətləri artır
Mənzil bazarında durğunluq olsa da, kirayədə canlanma var
-
Kirayə ev biznesi inkişaf edir
Mənzillərin turistlərə icarəyə verilməsinin hansı müsbət və mənfi tərəfləri var?
-
Azərbaycanda benzinin qiyməti düşə bilər?
«Tənzimlənən qiyməti dəyişmək olmaz»
-
Bakıda kirayə qiymətləri
Əşyasız kirayə ev tapmaq müşkülə çevrilib
-
...Tarif Şurasına yeni səlahiyyət verildi
Dərmanların qiyməti ilə bağlı ...
-
Metro və avtobuslarda gediş haqqı qalxır?
Tarif Şurasından açıqlama
Azərbaycanda kommunal xidmət tariflərinin artırılması fərdi yaşayış evləri - villa, bağ, həyət evləri kimi daşınmaz əmlakın qiymətinə mənfi təsir göstərəcək.
Analitikər xəbər verir ki, sadalanan kateqoriyaya aid edilən evlər Tarif Şurası tərəfindən nəzərdə tutulan sosial siyasətlə qorunan əhali qrupuna aid edilməyəcək. Belə ki, analitik qrupun fərdi yaşayış evləri üzrə apardığı monitorinq aylıq ortalama qaz sərfiyyatının təxminən 800-1 000 kubmetr, elektrik sərfiyyatının isə 700-1 000 kVt/saat olduğunu müəyyən edib. Bu da Tarif Şurasının köhnə qiymətlərlə nəzərdə tutduğu qaz istifadəsi üçün müəyyən etdiyi (illik 1500 kubmetr) limitin maksimum 2 aya, elektrik enerjisi limitinin (250 kVt/saat) isə hər ay keçiləcəyini göstərir.
Analitiklər fərdi yaşayış evləri kateqoriyasına aid edilən evlər arasında ən çox bağ evlərinin mənfi təsirlə üzləşəcəyini proqnozlaşdırır. Belə ki, bağ evləri dənizə yaxın (yüksək rütubət) olduğuna görə, bu evlərdə qış aylarında qazdan davamlı olaraq istifadə zəruridir. Bu da öz növbəsində bağ evlərinin aylıq xərcini kəskin artıracaq: «Təxmini hesablamalar göstərir ki, qiymət artımından sonra bağ evlərinin aylıq xərci xeyli yüksələcək. Bura orta ölçülü bir bağ üçün 150 manat qaz pulu, 100 manat işıq pulu, 300-500 manat bağın saxlanması xərcləri daxildir. Yəni, hər ay təxminən 500-750 manat vəsait xərclənəcək. Bu səbəbdən bağ evlərinin qiyməti onun maya dəyərindən asılı olmayaraq əhəmiyyətli dərəcədə ucuzlaşacaq».
«Qeyd edək ki, bağ evləri əsasən yay aylarında 3-5 ay istifadə olunur. Lakin il boyu istifadə olunan bağ evlərinin illik xərci təxminən 10 000 manat həddini üstələyəcək. Bu da yay aylarında bağı kirayə götürmək variantının daha münasib olduğunu göstərir», - deyə «Report»un ekspertləri qeyd ediblər.