«10 reklamın 8-i əcnəbi dildədi»
Əflatun Amaşov: «İndi müzakirə etdiyimiz düzəliş son dərəcə aktualdır»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
-
Kimlər vergidən azad olunacaq?
Yeni güzəştləri tətbiq ediləcək
-
Yaşıl dəhliz niyə işləmir?
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Büdcə müzakirələri ...
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
Büdcə icrasının müzakirələri
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
-
Ali təhsil 3 ilə endirilə bilər
Bütün universitetlərin yataqxanası olmalıdır
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
MM-də yeni təyinat
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
-
“Ölkədə savadsızlıq tüğyan edir”
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
-
MM-də islahatlar
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
-
Yeni spiker kimdir?
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
-
“Zabilin yoxluğu böyük itkidir”
Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
-
“İmadəddin Nəsimi və özbək ədəbiyyatı”
Beynəlxalq elmi konfransda maraqlı məruzələr dinlənildi
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
Milli Məclisin 29 noyabr il tarixli iclasında gündəlikdə olan «Azərbaycan Respublikasında dövlət dili haqqında» Qanuna dəyişikliklər edilməsi barədə layihə müzakirə olunub. Müzakirələrdə ən maraq doğuran çıxışlardan biri millət vəkili Əflatun Amaşova aiddir. Mətbuat Şurasının sədri çıxışında dillə bağlı problemləri açıqlayıb və bu barədə qanunun qəbulunu yetərli saymayıb. Ə.Amaşov onu da qeyd edib ki, qəbul olunan qanunların həyata keçirilməsinə diqqətin artırılması vacibdir. Mətbuat Şurası sədrinin adıçəkilən çıxışını təqdim edirik.
««Azərbaycan Respublikasında dövlət dili haqqında» Qanuna dəyişikliklər edilməsi barədə layihə ilə bağlı fikirlərimi bildirmək istərdim. Kifayət qədər əhəmiyyətli dəyişiklikdir.
Mən bu gün Milli Məclisə gələndə yalniz bir yaşayış binasında 10 reklam və mağazaların adı yazılmış lövhələr gördüm. 8-i Azərbaycan dilində deyildi. Qalanlar da bank və apteklə bağlı idi (heç onlar da bizim sözlər deyil). Biz bu sayaq nümunələri hər gün görürük. Mən əcnəbi sözlərin dilimizə daxil olmasının qəti əleyhdarı deyiləm. Həm də hesab edirəm ki, bu, dilimizin inkişafına müsbət təsir göstərir, onu zənginləşdirir.
Ancaq məsələyə həssas yanaşmaq lazımdır. 10 reklamdan 8-i əcnəbi dildədirsə, artıq burada dilin inkişafı məsələsindən söhbət gedə bilməz. Yağış damcisi torpağa hopduğu kimi əcnəbi sözlər də bizim şüurumuza həkk olunur. Bir növ məişətimizə, düşüncəmizə daxil olur. Sizcə, bu yolla dilimizi unutmuruqmu? Unuduruq, əlbəttə, üstəlik dəyərlərmizi də yadırğamış oluruq. Bir xalqın xalq olması üçün dilə qayğı mühüm şərtdir. Dil hər bir toplumun millət kimi mövcudluğunun əsas atributudur. Unutmayaq ki, zaman ötdükcə bu sahədəki boşluqların aradan qalxması çox çətin və ağrılı proses olur. Düşünürəm ki, elə indidən o sayaq naqisliklərin qarşısını almalıyıq.
Bütün bunlar eyni zamanda qanunlarımızın tələbidir. Çünki müstəqilliyimizi əldə etdikdən bəri Azərbaycan dili ilə bağlı 30-dək dövlət sənədi qəbul edilib. Məqsəd Azərbaycan dilinin saflığının qorunmasına və dövlət dili kimi daha da inkişafına yardım etmək olub. Bu baxımdan indi müzakirə etdiyimiz düzəliş də son dərəcə aktualdır. Biz həm də hamılıqla çalışmalıyıq ki, qanunlarda nəzərdə tutulan məsələlərin həyata keçirilməsinə yardımçı olaq».