vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ENERGETİKA  
12:46 | 7 dekabr 2016 | Çərşənbə Məqaləyə 2368 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərenerji» batır

Xarici borc 1 milyard dollara yaxın artıb

MÖVZU İLƏ ƏLAQƏLİ

«Fitch» beynəlxalq reytinq agentliyi Azərbaycanın əsas elektrik enerjisi istehsalçısı olan «Azərenerji» ASC-nin kredit reytinqini açıqlayıb.

Virtualaz.org reytinq agentliyinin saytına istinadən xəbər verir ki, «Ftch» ASC-nin uzunmüddətli defolt reytinqini «BB+», qısamüddətli defolt reytinqini «B», reytinq üzrə proqnozu isə «neqativ» kimi təsdiq edib. Lakin agentlik ASC-nin ciddi borc yükü altında olduğunu və likvidlik problemi yaşadığını bildirir.

Agentlik «Azərenerji» ASC-nin reytinqini bu səviyyədə təsdiq etməsini şirkətin Azərbaycan hökuməti tərəfindən hüquqi, strateji və əməliyyat dəstəyi ilə əsaslandırıb. Çünki Azərbaycan dövləti ASC-nin yeganə səhmdardır və «Azərenerji»yə hər cür dəstək verir.

Hesabatda bildirilir ki, 2015-ci ilin sonuna şirkətin faiz borcları istisna olmaqla vaxtı keçmiş borclarının 91%-nə dövlət tərəfindən zəmanət verilib. Borcların 8,5 faizlik hissəsinə isə Maliyyə Nazirliyi tərəfindən zəmanətlidir.

«Fitch» proqnozlaşdırır ki,  «Azerenerji» ASC xarici öhdəliklərini yerinə yetirmək üçün dövlət büdcəsindən bundan sonra da dəstək alacaq.  Hesabata əsasən  2016-2025-ci illər ərzində dövlət şirkəti müvafiq olaraq 172 milyon  dollar və 204 milyon avro məbləğində xarici borcunu ödəməlidir. Lakin hazırda şirkətin mailiyyə vəziyyəti bu borcun dövlət dəstəyi olmadan ödənilməsini qeyri-mümkün edir.

«Fitch» qeyd edir ki, vergi öhdəliklərinin yerinə yetirilməsi üçün dövlət «Azərenerji» ASC-yə aşağı faiz dərəcəsi ilə 360 milyon manat məbləğində uzunmüddətli kredit də ayırıb. Habelə hökumət «Azərenerji»nin investisiya proqramının qismən maliyyələşdirilməsi üçün 2009-2015-ci illərdə büdcədən 970 milyon  manat həcmində investisiya yatırıb.

Dövlət tərəfindən yatırılan 1 milyard manatlıq investisiyaya və aşağı faizli yüz milyonlarla manatlıq kreditə baxmayaraq «Azərenerji» hələ də valyuta riskinə məruz qalır. Agentlik xatırladır ki, «Azərenerji» istehsal edib satdığı enerjinin pulunun mütləq əksəriyyətini manatla alır, ancaq  xarici borcunun kifayət qədər böyük qismi dollar, avro və Yaponiya iyenində ifadə olunub. Hesabata əsasən 2015-ci ilin sonuna «Azərenerji» ASC-nin xarici borcu 1,5 milyard  manatdan 2,4 milyard manata yüksəlib. Bunun əsas səbəbi manatın devalvasiyaya uğramasıdır.

«Fitch» qeyd edir ki, maliyyə göstəriciləri zəifləyən dövlət şirkəti likvidlik problemi ilə üzləşib. Bununla belə «Azerenerji» ASC-nin Azərbaycan iqtisadiyyatındakı rolu nəzərə alınaraq hökumət şirkətin öhdəlikləri ilə bağlı öz zəmanətini verəcək.

«Fitch» proqnozlaşdırır ki, 2016-2018-ci illərdə «Azərenerji» ilə hökumət arasında mövcud olan hüquqi bağlılıqda heç bir dəyişiklik olmayacaq. Başqa sözlə, «Azərenerji»nin özəlləşdirilməsi yaxın illərdə gözlənilmir.

Reytin agentliyinin bildirdiyinə görə, 2016-cı ilin birinci yarısında «Azərenerji» ASC-nin hesabında cəmi 11 milyon manata yaxın nəğd pul vəsaiti var idi. Həmin vaxtda şirkətin qısamüddətli borc öhdəlikləri, yəni maaş və digər cari xərclər üçün borxları isə 432 milyon manat təşkil edirdi.