İŞİD-in «uğur» sirri
Məsələ döyüşmək deyil...
Orxan HUN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İraqda İŞİD liderləri öldürülüb
Əməliyyatın balansı 15 gündən sonra açıqlanıb
-
Ənbar səhrasında “acı zərbə”
İraq-ABŞ birgə əməliyyatında İŞİD komandirləri öldürülüb
-
Xameneyi düşmən ABŞ-la dialoqa qapı açır
Rejim rəhbərinin mövqeyində rasionalizmin yeni mərhələsinin əlamətləri görünür
-
Konsertdə minlərlə insan öldürüləcəkdi
19 yaşlı baş şübhəlinin vəkili iddiaların şişirdildiyini deyir
-
Suriyanın üç tərəfində silah səsləri
Şərqdə və şimalda münaqişələr, cənubda isə gərginlik hökm sürür
-
Açılış öncəsi İŞİD həyəcanı
Paris Olimpiadası ilə bağlı fəaliyyətlərini gücləndirən terror təşkilatı yeniyetmələri sıralarına cəlb edir
-
İŞİD dirilir?
Terrorçular İraqdakı aviabazaya iki pilotsuz təyyarə ilə hücum edib
-
Məsciddə terror
İŞİD hücuma görə məsuliyyəti üzərinə götürüb
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
“Moskva terroru “təməlatma” idi”
Qərb analitikləri Avropa ölkələrinə xəbərdarlıq etdi
-
İŞİD lideri öldürüldü
Əbu əl-Həsən əl-Haşimini kim əvəzlədi?
-
Sən nə günə qaldın, Tehran?
Azərbaycana ünvanlanan absurdun səbəbi varmış
-
Cənubi Afrikada İŞİD ovu
ABŞ “İslam Dövləti” ilə əlaqəsi olan şirkətlərə sanksiya tətbiq edib
-
Fransa şirkəti İŞİD-ə yardım edirmiş
Sement nəhəngi 778 milyon dollar cərimələnib
-
ABŞ İŞİD üzərində növbəti qələbəsini elan edib
Mərkəzi Komandanlıq Mahir Əl-Aqalı terror mərkəzi ilə filialları arasında əlaqə quran şəxs adlandırıb
-
İŞİD lideri öldürülüb
Mahir Əl-Aqalı dron zərbəsi nəticəsində məhv edilib
Suriyanın Homs vilayətindəki Palmira şəhəri yenidən «İraq və Şam İslam Dövləti» (İŞİD) terror təşkilatının əlinə keçəndən sonra bu bölgədə situasiya xeyli kəskinləşib.
Milli.Az Al Arabia-ya istinadən bildirir ki, İŞİD terrorçuları Palmira şəhərində Rusiya Müdafiə Nazirliyinin bu ilin martında yaratdığı hərbi bazanı da ələ keçiriblər. Bazada on minlərlə atıcı silah, minlərlə raket, yüzlərlə ağır çaplı pulemyot, raketatar, qumbaratan, tanklar, PDM-lər və ZTR-lər, habelə zenit qurğuları qalıb.
Güllələrin, qumbaraların, minaların isə sayı bilinmir. Bütün
bu cəbbəxana İŞİD-in əlinə keçib.
Rusiyalı hərbçilər bazanı elə tələsik tərk ediblər ki, yeməkxanada yeməklər
masaların üstündə qalıb.
İŞİD terrorçuları hazırda Tiyasa və Əl Kəryateydəki aviabazanın ətrafındadırlar.
Suriya qoşunlarının T4 aviabazası terrorçuların mühasirəsindədir. Baza ən yaxın saatlarda İŞİD-in əlinə keçəcək.
Bundan başqa, Cəzal bölgəsindəki neft mədənləri də artıq İŞİD-in nəzarətindədir.
Suriyanın Energetika Nazirliyinin verdiyi məlumata görə, İŞİD terrorçularının son günlərdəki hücumları ilə bağlı olaraq rəsmi Dəməşq 3 milyard kubmetrlik qaz yataqlarını da itirib.
İŞİD bu gün səhər yeni əks-hücuma başlayıb və sonucda Suriya ordusunun arxa cəbhəsi sayılan bölgələr artıq döyüş meydanına çevrilib.
İŞİD terrorçularının sürətlə irəliləməsinin qarşısını alan məqam Suriya ordusunun müqaviməti yox, terrorçuların sayının çox az olmasıdır. Belə davam edərsə, İŞİD yaxın günlərdə Homs şəhərinə çatacaq.
Ümumiyyətlə isə son 4 gündə İŞİD 2400 kvadratkilometrlik ərazini ələ keçirib.
Hələbin azad edilməsinə gəldikdə isə Suriya və Rusiya rəhbərliyi sevinməyə bir qədər tələsib. Çünki bu şəhər uğrunda döyüşlənlər suriyalı hərbçilər yox, rusiyalı xüsusi təyinatlılar, İranın «Bədr» və KODS qüvvələrinin mənsubları, Livandakı «Hizbullah» hərəkatının döyüşçüləri, bir də Əfqanıstandan Suriyaya, Əsədə yardım üçün yollanmış mücahidlərdir.
Suriyada ordu yoxdur. Olan döyüş qabiliyyəti nisbətən babat olan hərbi birləşmələrdir ki, onlar da Deyr əz Zordan tutmuş İdlibədək geniş cəbhədə İŞİD-lə yanaşı, çoxsaylı terrorçu qruplaşmalara qarşı effektiv mübarizə apara bilmir.
Martda İŞİD-dən azad olunmuş Palmira şəhərinin yenidən terrorçuların əlinə keçməsi göstərir ki, Suriyada şəhəri terrorçulardan təmizləməklə iş bitmir: əsas məsələ həmin şəhəri qorumaq, müdafiəsini təşkil etməkdir.
Palmirada 5 min suriyalı hərbçi vardı. Lakin rusiyalılar və əfqanlar şəhəri tərk edən kimi suriyalı hərbçilər mövqelərini qoyub qaçdılar.
İŞİD də faktiki olaraq boş şəhərə girdi. Palmira ətrafında 16 blok-post vardı və 2 min döyüşçü həmin blok-postlarda idi. İŞİD əvvəl 7, sonra 9 blok-postu «şəhid mobil»lərlə, yəni canlı bombaların idarə etdikləri maşınlarla partladandan sonra şəhərdən qaçış başlanmışdı.
Bəhs olunan situasiya Suriyada şəhərlərin müdafiəsini səciyyələndirən
məqam, İŞİD-in «uğur»ları sayıla bilər.
Terrorçuların irəliləyişlərinin səbəbi onların müstəsna döyüş qabiliyyəti yox,
Suriya ordusunun yarıtmaz döyüş qabiliyyətidir.
Bundan savayı, bir çox terrorçu qruplaşmalar da artıq İŞİD-ə qatılmağa başlayıblar. Suriyada İŞİD-in ən ciddi rəqibi sayılan «Cəbhət ən Nüsra»nın adını dəyişərək «Cəbhət əl Şam» olmasından və siyasi taktikası ilə strateji konfiqurasiyasını dəyişməsindən sonra İŞİD «illərdən bəri mövqeyini dəyişməyən təşkilat» kimi çoxsaylı terror qruplaşmalarının mənsubları arasında «rəğbət obyekti»nə dönüb.
Məhz bu səbəbdən də hətta «Cəbhət ən Nüsra»nın üzvləri arasında
İŞİD-ə kütləvi axın başlanıb.
Yaşananlar Suriyadakı vəziyyətin daha da ağırlaşdığını göstərir.