Türk diplomatın qızı intihar edib?
15 yaşlı Şəvval Ummuxanımın ölümü ilə bağlı müəmmalar
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İnsanlara təsirsiz ötüşmür
Məlumatların bu qədər çox yayılması passiv duyğunu aktivləşdirir
-
Hamımız üçün utanc gətirəcək
İntiharlar silsilə halını almaqdadır, çıxış yolu nədir?
-
Əgər tale üzünə gülməyəcəksə...
İntihar etdiyi deyilən ginekoloqun faciəsinə sözardı
-
İntiharlar niyə artır?
Hadisələri hər cür çılpaqlığı ilə tirajlamaq alovun üzərinə benzin effekti verir
-
Al-əlvan rəngə boyanmış körpü…
-
Bütün intiharların ömrü ...
Xəyanət edənləri özünə qəsd etməklə cəzalandırmağı ağlınıza belə gətirməyin
-
Heyvanlar niyə intihar edir...
Bütün canlılarda 2 fərqli proqram var - yaşamaq sevgisi və özünüməhv
-
30 yaşında inithara cəhd
Gəncədə əri ilə mübahisə edən qadın sirkə turşusu içib
-
Bakıda məşhur iş adamı özünü niyə güllələdi
Ailə üzvləri ölüm olayını ehtiyatsızlıq nəticəsində baş verən bədbəxt hadisə sayır
-
«Nazir qəşəng danışır, ancaq orduda qırğındır...»
«Belə ölkədə kim övladını hərbi xidmətə göndərər?»
-
XAOS - 4 aya 26 hərbçi
Düşmən ordusundakı intiharlar cəbhədəki ölümü üstələyib
-
«İntihar baharı» - ölkədə canına qıyanların sayı artır
Qabil Abbasoğlu: «Medianın bu məsələdə günahlandırılmasını vəziyyətdən doğru çıxış yolu tapa bilməyənlərin mövqeyi hesab edirəm»
-
İntihara sürükləyən amillər
Nələr araşdırılmalı, nələrə çıxış azaldılmalıdır?
-
«İnsanla həyatın qarşılıqlı həyasızlığı»
Bu yazı intihara qarşıdı
-
Gənc yazarın intihar səsəbi
Mövlud özünə qəsd etməzdən əvvəl qapıya iki ürək şəkli yapışdırıb
-
«İntihar həddinə çatdıran səbəblər araşdırılmalıdır»
Elçin Şıxlı: «Qəzeti, saytı bağlasın və gedib başqa işlə məşğul olsun»
Hüquq-mühafizə orqanları Türkiyənin Bakıdakı səfirliyinin müşaviri Aslan Azmi Günlərin 15 yaşlı qızının müəmmalı ölümü ilə bağlı bütün versiyaları araşdırır.
«Sputnik» agentliyinin Nəsimi polisindən əldə etdiyi məlumata əsasən qızın özünü yaşadıqları binada pəncərədən ataraq öldürməsi hələ təsdiqlənməyib. İstisna deyil ki, o, bədbəxt hadisə nəticəsində ölüb, yaxud hadisənin qəsd olduğu da istisna olunmur.
Xəbər verildiyi kimi 2001-ci il təvəllüdlü Şəvval Ummuxan Arslan qızı Günlər, özünü Sarabski küçəsindəki 16 saylı, 14 mərtəbəli evin 10-cu mərtəbəsinin pəncərəsindən atıb. Araşdırma zamanı məlum olub ki, qız Türkiyənin Azərbaycandakı səfirliyinin gömrük rejiminə cavabdeh müşaviri Arslan Əzmi Günlərin qızıdır. Bu intihar faktı ilə bağlı əvvəlcə başqa versiya səslənsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları qızın bədbəxt hadisənin qurbanı olduğunu düşünürlər.
Hadisə yerinə baxış keçirən hüquq mühafizəçiləri deyiblər: «Biz hadisənin baş verdiyi yerə — uşaq otağına baxış keçirdik. Qızın yıxıldığı pəncərə ilə döşəmə arasındakı məsafə çox qısadır və pəncərə şəhərin mərkəzi hissəsinə açılır. Ehtimal edilir ki, qız Bakı gecəsinin işıqlarına tamaşa etmək üçün pəncərədən bayıra baxırmış və bu vaxt müvazinətini saxlaya bilməyərək yerə düşüb. Həmin otağın döşəməsi sürüşkəndir, Şəvval Ummuxan isə həmin vaxt corabda olub».
Türkiyə vətəndaşının ailəsi qızı intellektual kimi xarakterizə edib. O, dərslərini yaxşı oxuyurmuş və valideynləri ilə çox isti münasibəti varmış. Buna görə də, valideynləri heç cür anlaya bilmirlər ki, yeniyetməni intihara nə vadar edə bilərdi. Hadisənin baş verdiyi yerdə qızın bu hərəkətini izah edə biləcək heç nə tapılmayıb.
***
14:40
Azərbaycanda intihar edən türk diplomatının qızının hansı liseyin şagirdi olduğu məlum olub.
APA-nın apardığı araşdırmalar nəticəsində 15 yaşlı Şəvval Günlərin Bakı Türk Anadolu Liseyinin tələbəsi olduğu müəyyənləşib. Liseyin direktoru Rəcəb Batur sayta açıqlamasında Şəvval Günlərin liseydə cəza aldığını təsdiqləyib: «Lakin biz düşünmürük ki, o, məktəbdə cəza aldığı üçün özünə qəsd edib. Ola bilər ki, ailəsində problemlər olub. Çünki Şəvval Günlər bu ayın 8-i cəza alıb, üstündən neçə gün keçib. Bu zaman sual yaranır, o niyə indi intihar etsin?» Direktor həmçinin qeyd edib ki, Şəvval Günlər yaxşı oxuyan şagird olmayıb: «Qiymətləri aşağı idi. Çox böyük çevrəsi olan şagird deyildi, sakit uşaq kimi xarakterizə olunurdu». Rəcəb Batur onu da qeyd edib ki, hazırda faktla bağlı başlanmış cinayət işi üzrə prokurorluq əməkdaşları liseyin müəllimlərinin ifadəsini alır.
Agentliyin əldə etdiyi digər məlumata görə, hadisə baş verən vaxt qızın anası evdə olub. Səsə otağa girən ana qızını tapmayıb. Pəncərədən baxanda isə onun yerdə cansız vəziyyətdə uzandığını görüb. Xatırladaq ki, qızın nəşi ötən gecə ölkəsinə yola salınıb.
***
10:08
Bakıda təhsil alan Türkiyə vətəndaşı, 15 yaşlı Günlər Şavval Ummuhan qızı intihar edib.
«Qafqazinfo»nun əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonunda baş verib. Gənc qız liseydə 1 günlük cəzalandırılıb və buna görə valideynlərinin onu danlayacağından çəkindiyi üçün özünü 10-cu mərtəbədə yerləşən mənzillərindən ataraq intihar edib.
İntihar edən qızın atası Günlər Arslan Azmi Türkiyənin Azərbaycandakı səfirliyində işləyir. O səfirin gömrük işləri üzrə müşaviridir.