«İntihar həddinə çatdıran səbəblər araşdırılmalıdır»
Elçin Şıxlı: «Qəzeti, saytı bağlasın və gedib başqa işlə məşğul olsun»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Maduronu Əsəd kimi qorumağa çalışacaqlar”
Elçin Şıxlı: “Azərbaycan ABŞ-a bu iki ölkəni çökdürmək üçün lazımdır”
-
«Mehriban Əliyevanı uşaqlıqdan tanıyıram»
Elçin Şıxlı: «Ona görə müəyyən mənada nikbinəm, həm də nəyəsə ümid etmək lazımdır»
-
«Əcəb eləyib onu qovub!»
Elçin Şıxlı: «Separatçılara yerini göstərmək lazımdır»
-
«Qəfil başımı çevirib gördüm, ətrafda heç kim qalmayıb...»
Vüsalə Məmmədovanın Elçin Şıxlı ilə «Künefe Evi»ndə «50+» söhbətlər...
-
«Yazan adam üçün nə pensiya, nə yaş?»
Elçin Şıxlı: «Bir-birimizi tərifləyib məmnun şəkildə dağılışacağıq»
-
Aynadakı Elçin Şıxlı
Qələm adamının sükutu, bir şeyə reaksiya verməməsi susqunluq deyil …
-
«Mühacirət etsəm, ürəyim partlayar və ölərəm»
60 yaşlı Elçin Şıxlı: «Atam mənə təklif olunan vəzifədən imtina etmişdi»
-
«Gərək, millət özünə qiymət qoysun»
Elçin Şıxlı: «Xalqa «Otxot» deyən adam milləti təmsil etməməlidir»
-
«Kaş yaratmayaydıq…»
Elçin Şıxlı: «Heydər Əliyev özü bizə razılıq vermişdi...»
-
«Görək başımıza nə iş gəlir»
Elçin Şıxlı mətbuatdan gedir?
-
««Ayna» - «Zerkalo»yla bağlı xəbər
Əflatun Amaşov danışıqlar aparır
-
«Başqası olsaydı biabır edərdim»
Elçin Şıxlıdan sərt mesaj
«Mənim də təklifim belədir ki, intihar halları ilə bağlı xəbərləri vermək istəməyən redaktorlar işlədikləri və ya işlətdikləri qəzeti, saytı bağlasın və gedib başqa işlə məşğul olsun».
Bu sözləri Sherg.az-a bəzi baş redaktorun «İntihar hallarına dair xəbərlər mətbuatda dərc olunmasın» təklifinə münasibət bildirərkən «Ayna» – «Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı deyib. O qeyd edib ki, hər hansı xoşagəlməz bir hadisə haqqında xəbəri verməməklə həmin problemi həll etmiş olmuruq:
«Biz o xəbərləri verməsək belə, intihar halları yoxa çıxmayacaq. Ölkənin baş psixiatrı, iqtisadçıları və idarəçiləri var. Onlar araşdırma aparsın. Lazımı bir qrup toplasınlar, həmin qrup da intihar hallarının səbəblərini araşdırsın. Hər bir intihar hadisəsindən sonra, bizim hüquq mühafizə orqanları o hadisənin səbəblərini araşdırır. İntihar həddinə çatdırma halları varsa, kimisə intihara həddinə çatdıran mühakimə olunur. O adamı tutub, araşdırma aparırlar və lazımı tədbirlər görürlər. Mənə elə gəlir ki, öncə insanları intihar həddinə çatdıran səbəbləri araşdırılmalıdır.
O səbəbləri aradan qaldırmağa çalışmalıdırlar. Yoxsa, xəbər verməməklə bir şey alınmır. Jurnalistika xəbər verməklə məşğul olmalıdır. Böyük əksəriyyət sosial -iqtisadi çətinlikdən və bank kreditlərinin içərisində itib- batdığına görə, bu yola əl atır. Yəni pulsuz adamın psixikasında sapmalar əmələ gəlir. Mən bunu ilk baxışdan söyləyirəm. Amma bunun mütəxəssisləri olmalıdır. Onlar əsas səbəbləri tapmalı və aidiyyatı qurumlar da ona müvafiq işlər görməlidir».
Qeyd edək ki, son günlər intihar hadisələri ilə bağlı xəbərlərin mətbuatda dərc olunmaması məsələsi gündəmə gəlib.