vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
AMERİKA  
23:12 | 16 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 2328 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

NATO-da çaxnaşma

Trampın qurumu «köhnəlmiş» adlandırması, Almaniyada qəzəb və çaşqınlıq yaratdı

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Prezidenti seçilmiş Donald Trampın NATO «köhnəlmiş» qurumdur deməsi alyansda «narahatlıq» yaradıb, Almaniya xarici işlər naziri deyib. Frank Uolter Şteynmayer (Frank-Walter Steinmeier) bildirib ki, bu bəyanat bir neçə gün əvvəl cənab Trampın təyin etdiyi müdafiə nazirinin dediklərinə ziddir.

Nyu Yorkda verdiyi müsahibə zamanı cənab Tramp həmçinin deyib ki, Almaniya kansleri bir milyondan artıq qaçqını qəbul etməklə «fəlakətli səhvə» yol verib.

O, Almaniya avtomobil istehsalçılarını yüksək idxal tarifləri tətbiq edəcəyilə hədələyib.

«BMW», «Volkswagen» və «Daimler» kimi şirkətlər Meksika kimi xərclərin az olduğu ölkələrdəki zavodlara, ABŞ bazarlarına ixrac məqsədilə sərmayə yatırıb.

Ancaq cənab Tramp əlavə edib: "Onlara deyərdim ki, vaxtını və pulunu boşa sərf etməsinlər. Başqa ölkələrə satmaq istəyirlərsə, bu başqa məsələ".

««BMW» şirkətinə deyərdim ki, əgər Meksikada zavod yaratmaq istəyirsənsə və (avtomobilləri) ABŞ-a 35 faiz vergi ödəmədən satmaq istəyirsənsə, onda bunu unut!

Cənab Tramp xarici siyasət məqsədləri barədə Britaniya və Almaniya mətbuatına – «The Times» və «Bild» qəzetlərinə, Nyu Yorkdakı «Trump Tower»də müsahibə verib.

Donald Trampın şərhləri Berlində çaşqınlıq və narahatlıq yaradıb, amma çox güman ki, sürpriz olmayıb. Angela Merkel və onun qaçqınlar siyasətinin qəti tərəfdarı olan Barak Obamanın isti münasibətlər və inama əsaslanan müttəfiqliyinin özünü yeni transatlantik münasibətlərdə də büruzə verəcəyini çox az adam gözləyiridi.

Qəzəb də var. Almaniyanın Vitse-kansleri Siqmar Qabriel (Sigmar Gabriel) etiraz edərək deyib ki, miqrant böhranı «Yaxın Şərq və Aralıq Dənizi regionunda Amerikanın yanlış, müdaxiləçi siyasətinin» nəticəsi olub.

Cənab Trampın avtomobil istehsalçılarını da hədəfə alacağı barədə məlumatlar narahatlıq yaradıb, ancaq az adam inanır ki, Konqres, onun idxal edilən maşınlara tətbiq edəcəyilə hədələdiyi 35 faizlik vergini təsdiq edəcək.

Almanlar cənab Tramp haqqında onun seçki kampaniyası zamanı və elə indi də yüksək fikirdə deyillər. Ancaq görünür ki, alman əsilli olmasına baxmayaraq, cənab Tramp özünü almanlara sevdirmək üçün böyük səy göstərmir.

NATO barəsində danışarkən cənab Tramp bir daha deyib ki, 28 üzv dövlətin çoxu öz töhfəsini ədalətlə vermir.

O bildirib ki, alyans «çox, çox illər əvvəl» köhnəlib: «O sıradan çıxıb, çünki terrorla mübarizə aparmır».

Bundan sonra isə, tam əksinə olaraq, cənab Tramp NATO-nun onun üçün «çox mühüm» olduğunu deyib.