Ermənilərin aprel kabusu
Məşhur ekspertdən Qarabağ xəbərdarlığı: «Bu dəfə daha betər olacaq»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hər kəs, hər şeyin fərqində idi…
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
-
Ağlar qaralara qarşı...
Yaxud Natəvan şahmatda Dümanı necə mat etmişdi?
-
Ağdamın son ucu
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
-
“Erməni vandalları Azıx mağarasında partlayış törətmişdilər”
Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”
-
“Pulyuyan camaşırxana”çı ...
... Yaxud Kremlin yalanı, Vardanyanın “planı”
-
Vardanyanın son sözü
Bakının cavabı necə olacaq?
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Xəyanətin miqyası artır
Qəpik-quruş üçün vətənini, millətini satanlar...
-
Bakı AHİM-ə şikayət etdi
Beynəlxalq hüquqa uyğun təzminatın tələbi prosesi başlayır
-
Laçın-Xankəndi yolunda dinc aksiya yeddinci günündə davam edir
Azərbaycan XİN aksiyanın mahiyyətini kobud təhrif edən xarici ölkələrə cavab verib...
-
Düşmən bizi vahid görməlidir
Xalq hər məqamda mübarizəyə hazır olduğunu bir daha nümayiş etdirir
-
Ekoloji aksiya siyasiləşir?
Yeni tələblər irəli sürüldü
-
Yolkəsənlərin başqa yolu yoxdur!
Arutyunyan və Vardanyan hazırda bizim üçün heç kimdir
-
Düşmənlərimizi birləşdirən aksiya...
“Dahiyanə” öncəgörmələr bizdə xof hissi yaratmağa hesablanıb
-
Azərbaycan şantajlardan qorxmamalıdır
Qırmızı xətti qoruyan iradəni görən dünya Bakıyla hesablaşmaq məcburiyyətində qalacaq
-
Türk dünyasının həmrəyliyi üçün ən gözəl model
Qardaş ölkədəki QHT-lərdən Laçın dəhlizi aksiyaçılarına dəstək
Britaniya jurnalisti və Qafqaz məsələləri üzrə ekspert, Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş «Qara Bağ» kitabının müəllifi Tomas de Vallın «Carnegie Europe» saytında dərc olunmuş son məqaləsi «2017-ci ildə Qarabağ münaqişəsi təhlükəsi» adlanır.
Məqalədə deyilir ki, hər yaz Qarabağ münaqişəsini izləyən politoloq və ekspertlər belə bir sual verirlər: «Müharibə olacaqmı?» Bu il onlar xüsusilə bədbindirlər. 2016-cı il bu mənada pis il olub. 2017 daha pis il ola bilər.
Ekspert qeyd edir ki, ötən ilin aprel ayının dörd günü ərzində, 1994-cü ildən bəri baş vermiş ən pis toqquşmalarda 200 azərbaycanlı və erməni həlak olub. Müəllif qeyd edir ki, bu toqquşmaların ardınca yay aylarında azərbaycanlılar 1994-cü ildən bəri qüvvədə olan atəşkəsi saxlamağa, ermənilər isə daha geniş danışıqlar prosesinə razılaşıblar. Amma bundan sonra hər şey öz məcrasına qayıdıb. Qarşılıqlı ittihamlar, Azərbaycanın səbirsizliyi, Ermənistanın inadkarlığı yenidən bərqərar olub.
«Əlbəttə ABŞ-ın təməlini qoyanlardan Benjamin Franklin deyib ki, «yaxşı müharibədənsə, pis sülh daha yaxşıdır», amma Qafqazda yeni münaqişə minlərlə yeni qurbanlara və iqtisadiyyatın tamamilə darmadağın olunmasına gətirib çıxara bilər» - Tomas de Vall bildirir.
Məqalədə deyilir ki, tərəflər bütün hallarda müharibə yolunu seçə bilərlər. 1994-1995-ci illərdə əldə olunmuş razılaşmanı qüvvədə saxlamaq getdikcə çətinləşir. Müəllif yazır ki, 1994-cü ildə 250 kilometrlik təmas xətti tələsik qazılmış səngərlərdən ibarət idi. Bu səngərlərə sığınan əsgərlər arabir güllə atar, bəzən isə hətta bir-birlərindən siqaret istəyərdilər. Amma indi bura Avropanın ən çox hərbiləşdirilmiş ərazisidir. İndi tərəfələrinartilleriyası, uzaqvuran raketləri, döyüş vertolyotları, hərbi dronları var. Azərbaycan yeni silahların alınması üçün neft pullarından milyardlarla dollar xərcləyib, elə ermənilər də Rusiyadan güzəştli qiymətlərə aldıqları silahlar hesabına əhəmiyyətli müdafiə qurublar.
Britaniyalı ekspert yazır ki, Azərbaycan 2016-cı ilin aprelində müəyyən əraziləri geri qaytara bilib, lakin bunun psixoloji təsiri qat-qat böyük olub. Azərbaycan iki onillikdir ki, davam edən alçaldılmaya son qoyub, burada vətənpərvərlik hissləri, münaqişənin hərbi yolla həllinə ümidlər artıb. Bu, müəyyən mənada Azərbaycan əhalisinin diqqətini tənəzzül edən iqtisadiyyatdan və ucuzlaşan milli valyutadan yayındıra bilib.
Ekspertin qənaətinə görə hazırda tərəflər öz hərbi qüdrətlərini ifrat qiymətləndirirlər. Üstəlik hər iki tərəf indi daha ölümcül silahlara malikdir. Ermənilər Rusiyadan aldıqları «İsgəndər» raketlərini 2016-cı ildə keçirdikləri hərbi paradda nümayiş etdiriblər. Bu raketlər 280 kilometrədək məsafəni vurur və əslində Azərbaycanın yaşayış məntəqələrini, neft və qaz infrastrukturunu hədəfləyə bilər.
Bu ermənilərin əl ata biləcəkləri sonuncu vasitədir, lakin əgər Azərbaycan tərəfindən genişmiqyaslı hücum başlanarsa, onlar bunu edə bilərlər. Ermənistanın 2015-ci ildə qəbul edilmiş hərbi doktrinasına görə də Yerevan Azərbaycanı çəkindirmək üçün önləyici zərbə endirə bilər. Azərbaycanın ixtiyarında isə «Iron Dome» raketdən müdafiə sistemləri də daxil İsraildən aldığı ağır silahlar var.
Tomas de Vall yazır ki, hərbi vəziyyət təhlükəlidir, amma siyasi vəziyyət də daha az təhlükəli deyil. Ermənistanda prezident Serj Sərkisyanı apreldə qəliz parlament seçkiləri gözləyir. Səsvermə başa çatdıqdan sonra orada bütün səlahiyyətlər prezidentdən parlamentə keçmiş olacaq. Təhlilçilər bunu son prezidentlik müddəti 2018-ci ildə başa çatmalı olan Sərkisyanın hakimiyyəti əldə saxlamaq üçün siyasi qambiti kimi qiymətləndirirlər.
Digər tərəfdən ABŞ-da prezidentliyə Donald Trampın gəlməsi, Avropa İttifaqındakı böhran Cənubi Qafqazda hiss olunur və tərəfləri məsuliyyətsiz addımlara sövq edə bilər. Ekspertin fikrincə, 2016-cı ilin aprelində münaqişəyə Moskva müdaxilə edərək hər iki tərəfdən şifahi vəd alıb, lakin Qarabağ münaqişəsinin iplərinin Moskvanın əlində olması barədə qənaət aldadıcıdır. Əslində 1988-ci ildən bəri Moskva vəziyyətə heç cür nəzarət edə bilməyib və bunun əvəzində gah bir, gah digər tərəfi dəstəkləyib. Hazırda isə Rusiyaya heç bir tərəfdə inam yoxdur.
«Qısası Qarabağa görə önləyici zorakılığın baş qaldırmaması üçün önləyici diplomatiyaya ehtiyac var» – Tomas de Vall yazır.