«Bu addım «Qarabağa qayıdırıq» mesajıdır»
Fuad Muradov: «Bunun alternativi yoxdur»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
-
“Vəziyyət həqiqətən bərbaddır”
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
-
“Jurnalistlərin Ermənistana səfəri müsbət haldır”
Mətbuat Şurasının sədri müzakirələrə son qoydu
-
“Xatirələr” Cocuq Mərcanlıda
Tələbə dram dərnəyi işğaldan azad olunan kənddə tamaşa nümayiş etdirib
-
Diaspor Komitəsində “generalniy uborka”
Yeni sədr 5 vəzifəlini işdən çıxardı, bir çoxunun ərizəsi aldı
-
Kapital Bank Cocuq Mərcanlıda!
Ölkənin ən böyük bankı “Bura Vətəndir” kampaniyası keçirir
-
Yeni sədrin ilk rəsmi qəbulu
Fuad Muradov-Aleksandr Mişenko görüşünün təşəbbüskarı Ukrayna səfiri olub
-
Parlamentdə mübahisə
Siyavuş Novruzov spikerdən siyahı istədi
-
Fuad Muradov sürətli başladı
Dövlət Komitəsində yeni sayt və loqo yaradılır
-
“... Məni təəccübləndirdi”
Diaspor Komitəsinin yeni sədri: “Heç biriniz diqqətdən kənarda qalmayacaq”
-
Nazim İbrahimova cinayət işi açıla bilər
Keçmiş sədrin özünü 5 ildən 15 ilədək həbs gözləyir, əmlakını isə müsadirə ...
-
«Qiymət qalxdısa, enməsi çətin olur»
Millət vəkili: «Büdcəni yox, ona münasibəti tənqid etmişəm»
-
«Deputatların maaşı niyə qaldırılmır?»
Siyavuş Novruzovdan etiraz
-
Bağça, məktəb və yarımçıq binalarda məskunlaşanlar...
Cocuq Mərcanlıya ikinci köçə start verilir
-
Cocuq-Mərcanlıya ikinci köç gözlənilir
İlk mərhələdə 50 ailə yeni evlə təmin olunacaq
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin aprel ayında Azərbaycan Ordusunun uğurlu əks-hücumu ilə Lələ təpənin işğaldan azad ediləsi sayəsində təhlükəsiz əraziyə çevrilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası barədə sərəncam imzalayıb.
Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov bu addımı Qarabağla bağlı yeni dövrün başlanğıcı kimi qiymətləndirib.
«Bu addım həm də «Qarabağa qayıdırıq, buna hazır olun!» mesajıdır. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı hansı sahədə çalışmasından asılı olmayaraq Ali Baş Komandanımızın bu addımını dəstəkləməli, bütün gücü ilə bu məsələyə təkan verməlidir».
2016-cı ilin aprel hadisələrinə toxunan komitə rəhbəri qeyd edib ki, ordumuzun qələbəsi xalqımızda, xüsusilə gənclərimizdə ruh yüksəkliyini, inamını daha da artırdı.
«İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işlərinin aparılması ilə bağlı sərəncam isə Azərbaycanın Qarabağla bağlı konkret mövqeyinin ifadəsidir».
F.Muradov bu proseslərin Ermənistanda həyəcanla izlənildiyini vurğulayıb: «Təbii ki, Ermənistan rəhbərliyi, erməni xalqı bunu görür və bilir. Lakin qarşı tərəf anlamalıdır ki, işğal altında olan bütün torpaqları azad edəcək. Bunun alternativi yoxdur. Lələ təpə qələbəsi dönüş nöqtəsidir və ölkə rəhbərinin xalqımıza söykənərək ortaya qoyduğu iradənin nəticəsidir. Əminik ki, bu vəhdət tezliklə bizi doğma Şuşamıza, Xankəndimizə qovuşduracaq».
Xatırladaq ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 1993-cü ildə işğal olunmuşdu. 1994-cü ilin əvvəlində həyata keçirilmiş uğurlu hərbi əməliyyat nəticəsində
Cocuq Mərcanlı kəndi erməni işğalından azad edildi. İndiyə qədər kənddə yalnız 1 ailə yaşayırdı və burada hərbçilərimiz məskunlaşmışdı.
2016-cı ilin aprelində baş verən döyüşlər zamanı Lələ təpə erməni işğalından azad edildikdən sonra Cocuq Mərcanlı kəndinə təhlükə aradan qalxdı. Bununla da işğala qədər burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün kənddə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yarandı.
Ölkə başçısının dünənki sərəncamına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılacaq.