«Bu, ilk dəfədir»
Əflatun Amaşov: «Yolumuz uğurlu olsun!»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
-
Kimlər vergidən azad olunacaq?
Yeni güzəştləri tətbiq ediləcək
-
Yaşıl dəhliz niyə işləmir?
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Büdcə müzakirələri ...
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
Büdcə icrasının müzakirələri
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
-
Ali təhsil 3 ilə endirilə bilər
Bütün universitetlərin yataqxanası olmalıdır
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
MM-də yeni təyinat
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
-
“Ölkədə savadsızlıq tüğyan edir”
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
-
MM-də islahatlar
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
-
Yeni spiker kimdir?
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
-
“Zabilin yoxluğu böyük itkidir”
Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
-
“İmadəddin Nəsimi və özbək ədəbiyyatı”
Beynəlxalq elmi konfransda maraqlı məruzələr dinlənildi
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
«Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cəbrayılın işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasını nəzərdə tutan Sərəncamı hər kəs kimi məni də hədsiz sevindirdi. Bununla əlaqədar bir neçə məqama diqqət çəkmək istərdim.
Təsəvvür edək ki, bir azərbaycanlı iyirmi, otuz, qırx, əlli, yüz il sonra bu Sərəncam ilə tanış olur. Adam nə düşünür? Torpağımız işğal olunubmuş. Demək ki, yaşadığı coğrafiyanın həssaslığı baxımından bu Vətən üçün işğal təhlükəsi var və bu təhlükəyə qarşı səfərbərlik mütləqdir».
VAXT.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Ə.Amaşov qeyd edib: «Vətənimiz dəfələrlə işğal edilib. Nə vaxtsa, olubmu ki, işğaldan azad edilmə mühüm dövlət sənədimizdə əksini tapsın? Bu, ilk dəfədir. Torpağımızı işğaldan azad edə bilirik. Millət olaraq bu təpəri özümüzdə tapırıq. Deməli, var olmağa, yaşamağa layiqik.
Cənab İlham Əliyevin məlum Sərəncamı həm yerli ictimaiyyətə, həm də beynəlxalq aləmə mesajdır. Yeni «aprel müharibəsi» mesajı. Əlbəttə, danışıqlar fayda verməsə, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək hüququnu özündə saxlayır. Dövlət başçımız bunu dəfələrlə bildirib. «Aprel müharibəsi» onun prinsipial mövqeyinin təsdiqi idi. İmzaladığı Sərəncam isə bir kəndin işğaldan azad edilməsinin timsalında düşmən əsarətində olan hər bir kənd və qəsəbəmiz üçün qurtuluş və nicat yolunun mütləqliyinin vurğulanmasıdır.
Torpağımızın bir qarışı belə işğalda qalmayacaq. 2016-cı ilin «aprel müharibəsi» zamanı xalq olaraq nümayiş etdirdiyimiz əzm və iradə bunu təsdiqlədi. Prezident Sərəncamı da xalqın ruhundan qaynaqlanır. Sənədin preambulasına diqqət yetirək: «Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır».
Bəli, xalqımız torpağını, doğma yurd-yuvasını azad görmək istəyir ki, orada yaşasın, qursun-yaratsın. Cocuq Mərcanlının bərpası ilə ərazi bütövlüyümüzün bərpasına doğru yeni yol açırıq. Yolumuz uğurlu olsun!»