vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
RƏY, REPLİKA  
15:49 | 1 fevral 2017 | Çərşənbə Məqaləyə 2764 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dünyada qəbul edilən qanun, Azərbaycanda ...»

Vahid Əhmədov: «Birdəfəlik desinlər ki, bu ölkədə rəqabət olmayacaq...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Milli Məclisin iclasında deputat Vahid Əhmədov növbəti dəfə Rəqabət Məcəlləsinin və maliyyə nəzarəti haqda qanunun qəbulunun ləngidilməsi məsələsi haqda danışıb. «Strateji yol xəritəsinin həyata keçirilməsi üçün bir sıra addımlar atılmalıdır, qanunlar qəbul olunmalıdır. Amma çox təəssüflər olsun ki, bu qanunlar gündəliyə salınmır. Birincisi maliyyə nəzarəti haqqında qanunun qəbuludur», - deputat deyib.

V.Əhmədov bildirib ki, əgər biz korrupsiya və rüşvətxorluğun müəyyən qədər aradan qaldırılmasını istəyiriksə, bu qanunun qəbulu çox mühümdür: «Maliyyə Nazirliyi də dəfələrlə deyib ki, bu qanunun üzərində işləyirlər. Ancaq bir neçə ildir ki, bu qanun Milli Məclisə daxil olmayıb. Xahiş edirəm, bu qanun gündəliyə salınsın».

V.Əhmədov dedi ki, qəbulu zəruri olan ikinci qanun Rəqabət Məcəlləsidir: «Bu layihə iki dəfə Milli Məclisdə müzakirə olundu. Amma sonradan Rəqabət Məcəlləsi hara getdi, necə oldu, xəbərim yoxdur. Əgər bu qanun qəbul olunmayacaqsa, açıq şəkildə millətə demək lazımdır ki, Azərbaycanda heç bir rəqabət olmayacaq. Nəyə görə biz ölkədə rəqabətin olmasını istəmirik, məqsəd nədir? Azərbaycanda monopoliyanı aradan qaldırmaq lazımdır. Bütün dünyada bu qanun qəbul olunsa da, Azərbaycanda qəbul olunmur. Hansı qüvvələrdir ki, bu qanunun qəbul olunmasına mane olur? Cənab prezidentin atdığı addımlar əhali tərəfindən yüksək qiymətləndirilir. Mən də millət vəkili olaraq «Strateji Yol Xəritəsi»nin qəbulunu çox yüksək qiymətləndirirəm. Biz bu sənəddə əksini tapan müddəaları həyata keçirsək, problemlərin həllinə nail ola bilərik».

Spiker O.Əsədov deyib ki, qanunun təşəbbüskarı iki müzakirədən sonra layihəni saxlayıb, geri qaytarıb: «2008-ci il böhranından sonra vəziyyət dəyişib və qanuna düzəlişlər etmək zərurəti yaranıb. Nə vaxt parlamentə daxil olacaqsa, onda da müzakirə edəcəyik». V.Əhmədov əlavələr etmək istədikdə, spiker «Xahiş edirəm, yerindən danışma, mən qulaq asdım, sənin də hövsələn olsun, qulaq as», – deyə, ona reaksiya verib. («Azpolitika»)