vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
11:02 | 9 fevral 2017 | Cümə axşamı Məqaləyə 993 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Goldman Sachs»dan neft proqnozu

«ABŞ-ın şist neftini sürətlə bərpa etməsi ucuzlaşma riski yaradır»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da şist nefti hasilatının sürətli bərpa olunması WTI neftinə dair 2018-ci il üçün proqnozlaşdırılan 55 dollarıq qiymət təxmini üçün risk yaradır.

Strateq.az «Marja»ya istinadən bildirir ki, bu barədə dünyanın iri və nüfuzlu investisiya banklarından olan «Goldman Sachs» Bankının analitikləri açıqlama verib.

Bununla bərabər bank qlobal neft bazarının 2017-ci ilin ilk yarısında tələb təklifi üstələyəcəyi ilə bağlı proqnozunundan imtina etməyib.  «Goldman»ın analitiklərinə görə, ABŞ-da neft ehtiyatlarının son dövrdəki artımı qlobal neft tələbinin artması ilə əlaqədar olaraq bu ilin mart ayından dayanacaq.

Bankın OPEC-in hasilatı azaltması nəticəsində qlobal neft bazarının bu ilin ilk yarısında tələbin təklifi üstələyəcəyi ilə bağlı fikrini dəyişmədiyini qeyd etməsindən sonra neftin qiyməti yüksəlib.

Digər tərəfdən, Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, ABŞ-da neft ehtiyatları ötən həftə 13.8 milyon barel ilə tarixinin ikinci ən böyük artımını həyata keçirib. «Goldman» OPEC və digər istehsalçıların hasilatı azaltmaları ilə yanaşı, mart ayından etibarən ABŞ ehtiyatlarındakı artımın dayanacağını, düşməyə başlayacağını və ölkənin xaricdən neft alışlarının zəifləyəcəyini qeyd edib.

Yanvarın 1-dən qüvvəyə minən, OPEC və digər 11 istehsalçı ölkə arasında imzalanan istehsalı azaltmağa dair müqavilədən bəri  neft qiymətləri 50 dolların üzərində qalır. Amerikalı istehsalçılar qalxan qiymətlərin üstünlüyündən istifadə etmək üçün istehsalı və  qazılan quyuların sayını artıra bilərlər. 

«ABŞ neft bazalarında son dövrdə görülən artımlar, ehtiyatlarda mərhələli olaraq azaltması fikrimizi dəyişdirmədi. Çünki dünyanın digər hissəsi tələbin artdığı işarələri göstərir. İndiyə qədər öhdəlik götürülən istehsal azaldılmasına yüksək səviyyədə əməl edilməsi ilə, bazardakı vəziyyət mart ayından etibarən tərsinə dönəcək» – deyə «Goldman» analitikləri bildiriblər.

Qərbi Texas Neft (WTI) Nymex birjasında 16 sent yüksələrək bareli 52.50 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında17 sent yüksələrək bareli 55.29 dollara çıxıb.