vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNDƏM  
09:42 | 15 fevral 2017 | Çərşənbə Məqaləyə 1173 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanı hədələyən terrorçu məhv edildi

Üsamə bin Ladeni yamsılayan onun aqibətini də yaşadı

MÖVZU İLƏ ƏLAQƏLİ

Fevralın 5-də «Youtube»da İŞİD terrorçusunun Azərbaycan auditoriyasına ünvanlanmış video-müraciəti yayılmışdı. Öz video-müraciətində terrorçu Azərbaycanda teraktlar və xarici turistlərin öldürüləcəkləri təhdidi ilə çıxış edirdi.

Terrorçu, Üsamə bin Ladeni yamsılayaraq, divarın yanına qoyulmuş iki «Kalaşnikov» avtomatının fonunda bütün Azərbaycan xalqını hədələyirdi.

Ancaq bir neçə saat əvvəl «Facebook» sosial şəbəkəsində bu terrorçunun cəsədinin şəkli yayılıb. Çıxışın və bu terrorçunun məhv edilməsinin dəqiq tarixləri məlum deyil. Tamamilə mümkündür ki, öz video-müraciətini o, sosial şəbəkələrdə yerləşdirdiyi tarixdən xeyli əvvəl hazırlayıb və bundan sonra Suriyada məhv edilib.