Təxribatçının inancı olmur
Məqsədi isə həmişə birdir - XAOS
Fəxri HACIBƏYLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
... İlk ikisi üçün bilikdən çox həyasızlıq lazımdır
Niyə gömrük və polis akademiyamız var, amma vergi yoxdur?...
-
Qanunda ədalət aramayın...
O, sadəcə, qaydalar, hərflər və durğu işarələri toplusudur
-
“Polisin güvənc yerinə çevrilməsi ...”
Vilayət Eyvazov nazir postunda ilk əməliyyat müşavirəsini keçirdi
-
25 illik xidmətin ən ali mükafatı
Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu
-
Dəbdə olan fırıldağ
Tanınmış mağazalar şəbəkəsi məşhur brendləri saxtalaşdırıraraq müştəriləri aldadırmış
-
Bakıda yol çökdü
FHN və DİN əməkdaşları hadisə yerində
-
Astara polisində ölüm
«Oğlum polis tərəfindən işgəncə ilə öldürülüb»
-
Millətçilərimiz niyə sekulyardı?
Din faktorunda Azərbaycan cəmiyyətinin qardaş türkiyəlilərlə fərqi …
-
Bütün bunları niyə edirik?
Din xadimlərinə maaş ödəməklə problemlər çözüləcəkmi?
-
Prezident generalı vəzifəsindən azad etdi
Daxili Qoşunların qərargah rəisi istefaya göndərildi
-
«Adəm ilk insan deyil»
Rəsul Mirhəşimli: «Azərbaycandakı ateistlər ancaq müsəlmanlara qarşı yönəliblər»
-
«Tapıb nə edəcəksiniz?»
Hacı Məmmədovun bacısı jurnalistləri qınadı: «Nəyinizə lazımdır Hacının qəbri, axtarmayın!»
-
Bu xofu adama bağışlamazlar
Tanrı cəhənnəmini canında yaşayan qanqster - xərçəng, vərəm, şəkərli diabet, bərbad ciyərlər
-
İntihardan əvvəl məktub yazıbmış
Penitensiar Xidmət Hacı Məmmədovla bağlı açıqlama yaydı
-
«Dəqiq bilmirik - ölüb, ya yox»
Hacı Məmmədovun ailəsi: «Cəsədi hələ də bizə verməyiblər»
-
«Deyirlər, sağ-salamat oturub...»
Hacı Məmmədovun ailəsi onun intiharından xəbərsizdir
Bax bu təxribatdır! Birmənalı olaraq... Nəinki faktın özü, hətta yazıya seçilmiş başlıq – (Şəhid dəfnində dini şüar səsləndirən inanclıya 60 sutka həbs verilib) belə təxribat yaratmağa xidmət edir. İfadələrə fikir verin - «dini şüar səsləndirmək», «inanclı». Xüsusi dairələrdə oturan professionallar tərəfindən seçilib hazırlanıb, auditoriyası bizim cəmiyyətdir və sosial-psixologiyamıza hesablanıb. Sərrastlığına, mahiyyətindəki təsirediciliyə, effektivliyə fikir verin!
Bəyəm digər insanlar, belə etməyənlər inancsızdır?
Bu nə sortlaşdırmadı, bu necə bölgüdür? İnanclı, inancsız... Bizdə belə sosial təbəqələrmi, siniflərmi var?
Bəlkə fərqləri və ya onlarda fərqləndirilən inancın doza və arxa planı, yönü, məqsədidir, kimin əlinə nə verdiyindədir?
Xaricə meylli aktiv dinçilər bu aralar fəallaşacaqlar.
Proqnoz-filan vermirəm, sadəcə məntiq bunu deyir. Qarabağdakı haqlı torpaq savaşını dini savaş, assosiativ olaraq da terror rənginə boyaya bilmək, bununla da xristian dünyasında (yenidən və ya bir daha) «yazıq», «əzabkeş», «məzlum», «ilk xristianlar»ı qəddar müsəlman-türklərin qırdığı görüntüsü yaratmaq üçün buna bənzər cəhdlər olacaq. Bunu onlar istəyir, bu onlara ayaqda qala bilmək üçün hava-su kimi lazımdır.
Bunlar bundan başqa heç nə ilə cəlbedici, maraqlı deyillər. Bu «onların əməlinə nədən göz yumulsun», «nədən kimlərsə onları qorusunlar», onlar kimdir, onlara kimlərsə niyə yazığı gəlsin, rəhm, güzəşt eləsin, öncəlik tanısın sualı yaradıb cavabı olmaq üçün gərəkdir; bundan başqa səbəbləri, təqdim edə biləcəkləri bir şey yoxdur. Bu onların tutuna bildikləri tək və yeganə istinad, əsasdır». İlk və «ən birinci xristian», «xristianlığı ilk olaraq rəsmi din elan edən» imici onlar üçün həyati əhəmiyyət kəsb edir. Bir də İsanın əzabkeşliyinə uyğun bir «genosid olunmuş»luq çaları da əlavə olundusa, oldu tam. İsanı yəhudilər öldürüb, aha, yəhudilərlə də hərdən bir az dilləşib antisemit seqmenti üçün də cəlbedicilik qazanmaq, həm də İsanın obrazını özündə tamamlamaq... Oldun tipik üzdə məzlum, altda dəcəl, xatakar xristian balası.
Bu bic, çoxbilmiş qonşularımızın üzlərinə çəkdikləri maskanın ölçüləri, rəngləri, parametrləri, kimyasıdır. Dualarına da «amin» dedirdəcək nə qədər desən «inanclı» içimizdə...
Bu kimi hallardan, şəhid dəfnlərindən, insanların həssaslığından, kövrək hisslərindən istifadə edərək orada-burada, getdikcə daha tez-tez gözə dəyəcəklər.
Adını da qoyacaqlar belə - «şəhidin məzarında dini şüar səsləndirdi», həbs edildi, zülm, işgəncə gördü.
Hələ bilinmir bu kimdir, məqsədi nə imiş? «İnanclı» vəssalam.
Bir-iki belə «fakt», audio-vizual dəlil əldə edən düşmən oradan-buradan idarə olunan bu tip saytlarda informasiya yayıb, səs-küy qaldıracaqlar ki, İsa xətrinə qoymayın, bu müsəlman türklər «Allah-Allah» deyib üstümüzə gəlirlər, amandır bizi qoruyun bunlardan.
Bizim soydaşlarımıza da desən ki, ehtiyatlı ol, dediyini, elədiyini ehtiyatla et, etməyəcəyini demə, dediyini də şəraiti, ölçünü, nizamı nəzərə alaraq dilə gətir.., deyəcək hə, nə var ki, bunda?! Şəhiddir də, üstündə mollanın dediyindən bir az yüksək səslə ərəbcə nə isə deyilir. Müsəlman deyilikmi, bu da şəhid olmayıbmı, burda uyğun gəlməyən nə var ki?
Yəni, nəzəri olaraq elə bir qəbih əməl də yoxdur ha! Camaatın bir ehtiyac görmədiyi, etmədiyi bir işdir, amma kimsə desə, eləsə etiraz da etməz. Deyər, yəqin şəriət belə buyurub, vacibatdır. Şəhid olanın cənazə məclisində məsələn, «Allahu-əkbər» qışqırmağın nəyi pisdir? «Burda nə var ki?» deyər.
Di gəl, bunun indi orada-burada, «Biləcərinin bu tərəfində» necə anlaşıldığını, qavranıldığını izah elə!