Neftin «sakit okean»ı
OPEC sazişinin qüvvədən düşməsinə əsas təhlükə İrandır
Vahab RZAYEV, APA Analitik Mərkəzi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İranın üç konsulluğu bağlanıb”
Vətəndaşının edamı Almaniya hakimiyyətini hiddətləndirib
-
Nəsrullahın ölümü 5 sualda
Bu əməliyyatdan sonra Yaxın Şərq hərtərəfli müharibəyə sürüklənə bilər
-
SEPAH generalı da öldürülüb
Azərbaycanı hədələyən Nilforuşan “Hizbullah”ın bombalanan qərargahında olub
-
İranın Azərbaycana hücum etmə ehtimalı
Regional təsirlər və geosiyasi reallıqlar
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Peycer hücumundan sonra İran təhlükə altındadır
İsrail əməliyyatının əks-sədası Tehrana birbaşa hücum ehtimalını artırır
-
Pezeşkiyanın İsrail bəyanatı
Gərginliyi azaltmaq istəyi ilə bağlı çıxışdan sonra İranda gərginlik yaranıb
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
“Məni 2898 gün zindanda saxladılar”
Namazi İranda məruz qaldığı işgəncələri izah etməkdə çətinlik çəkib
-
ABŞ-dan İrana yeni sanksiyalar
SEPAH üzvləri və həbsxana rəsmilərinin olduğu 12 nəfərlik siyahı
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
-
Hicab taxmayanların sayı sürətlə artır
İranda diqqətçəkən mənzərə
-
“Qadınlar, həyat, azadlıq”
Parisdə yüzlərlə insan İran qadın hərəkatına dəstək nümayişi keçirib
-
... Ərzaq ucuzlaşacaq
Dünya bazarında enerji qiymətlərindəki ucuzlaşmanın müxtəlif təsirləri ilə ...
Beynəlxalq Enerji Agentliyinin (BEA) icmalına əsasən yanvar ayında OPEC üzvləri neft hasilatını ümumilikdə sutkada 1 milyon barel azaldıblar. Hazırda kartelə üzv ölkələrdə neft hasilatının həcmi 32,06 milyon barelə bərabərdir.
Neft bazarı üçün daha iki müsbət xəbər var. Birincisi ondan ibarətdir ki, Beynəlxalq Enerji Agentliyi 2017-ci ildə dünyada neft tələbatı üzrə öz proqnozunu yaxşılaşdıraraq 100 min barel artırıb. Bundan başqa OPEC üzrə belə hələlik qeyri-rəsmi məlumatlar var ki, bu ilin ilk altı ayının nəticələri qiymətləndirildikdən sonra, hasilatın azaldılması üzrə sazişin müddəti uzadıla bilər. Hələlik bu saziş yarım ilə nəzərdə tutulub, amma ABŞ-ın mövqeyini nəzərə alaraq gözləmək olar ki, müddət uzadılacaq. Çünki bu, təbiətin qanunudur: iri, güclü, vahid düşmən peyda olanda əvvəllər hətta biri-biri ilə rəqib olanlar da birləşir. Yəni, ABŞ OPEC-ə müharibə elan etsə, OPEC mütləq qarşılıqlı addımlar atacaq. Yeganə saxlayıcı amil İran ola bilər. İran artıq indidən OPEC-in sazişinə və onun gələcəyinə müəyyən şübhə toxumları səpir. Rəsmi Tehran OPEC üzvlərini hasilatı bir qədər də azaltmağa çağırıb, halbuki özü sazişə əsasən sanksiyalardan zərərçəkmiş ölkə kimi hasilatın azaldılmasından azaddır. İranın bu mövqeyi təbii ki, OPEC-in bəzi üzvlərinin xoşlarına gəlməyə bilər. Tehran hesab edir ki, indi lazımı qiymət səviyyəsi 60 dollardır və bununla razılaşmamaq çətindir, amma OPEC üzvləri arasında razılıq pozulsa, bu qiymət əlçatmaz bir arzuya çevrilə bilər.
Sazişin gələcəyi barədə hələlik nə isə proqnozlaşdırmaq həqiqətən çətindir və bu İranın müəyyən mənada sabotaj bəyanatları ilə bağlı deyil. Bəzi mütəxəssislər hesab edir ki, bu ilin yayında neftə tələbat təbii olacaq artacaq, bu zaman hasilatı azaldaraq qiymətləri dəstəklənmə tədbirlərinin lazımlılığı sual altına düşə bilər. Və yenə də çox şey ABŞ-da neft hasilatın səviyyəsindən asılı olacaq. Müəyyən mənada buna qarşı ilk addım atılıb: Səudiyyə Ərəbistanı bəzi alıcılar, ilk növbədə ABŞ üçün neftin qiymətini qaldırıb.
Maraqlıdır ki, neftə tələbatın artması proqnozlarının hansı amillərə əsaslandığı bilinmir. Əksinə, inkişafda olan ölkələrdə iqtisadi artım tempinin enməsi gözlənilir ki, nəticədə onlar tərəfindən neftə tələbat azalacaq.
Bu gün faktiki neft bazarı və kotirovkalar üzrə proqnozlar bir neçə vacib amilə əsaslanır.
Birincisi, bu OPEC üzvlərinin sazişə sadiq qalıb-qalmamağından asılıdır. Bu barədə fikirlər müxtəlifdir. Bəzilər hesab edir ki, təcrübə onu göstərir ki, belə sazişlər uzunmüddətli və davamlı olmur, ya da üzv ölkələr müxtəlif yollarla qoyulan limitləri üstələyir. Yanvar bu baxımından bir çoxları üçün həqiqi sürpriz olub. Belə ki, Anqolada azaldılma üzrə plan 40 faiz, Qətərdə 30 faiz, Səudiyyə Ərəbistanda 16 faiz çox olub, Küveyt planı, demək olar ki, tam icra edib, Ekvador 90 faiz, Əlcəzair 80 faiz öhdəliyi yerinə yetirməyi bacarıb. Bütün bu göstəricilər onu göstərib ki, hasilatın azaldılması üzrə saziş real işləyir.
İkincisi, əgər məlum olsa ki, neftə tələbat üzrə proqnozlar həddən artıq nikbindir, bu, kotirovkalara mənfi təsir edəcək. Amma belə olan halda belə OPEC sazişin müddətinin uzadılacağını istisna etmir.
Üçüncüsü, ABŞ neftə aid hər hansı qərar qəbul etsə, hətta hər hansı planları açıqlasa, bu, neft bazarına mənfi təsir edəcək. Amma belə olacağına hələlik inanmaq bir qədər çətindir, çünki planlar öz yerində, amma indi hasilatı artırmaq üçün ABŞ-ın real imkanları məhduddur. Buna görə ABŞ-ın hasilatı artıracağı barədə real gücə malik bəyanatları yalnız gələn il gözləmək olar.
Dördüncüsü, OPEC üzvləri arasında fikir ayrılığı hələ də qalır. Hələlik bu baxımından yeganə təhlükə kimi İran görünür. Dediyimiz kimi, İran hasilatı azaltmaq öhdəliyindən azaddır, amma hey hasilatı artırmaq planları barədə danışır və bu artımı təmin etmək üçün digər ixracatçıları hasilatı bir qədər də azaltmağa çağırır. Əgər İran həmin mövqeyini sərtləşdirsə, bu digər OPEC üzvlərini qıcıqlandıra, nəticədə sazişin taleyi sual altına düşə bilər.
Hələlik isə neft cəbhələrində nisbi sakitlikdir və ixracatçı ölkələr qiymətlərin artımından fayda götürürlər...