«Azərbaycan adlı bir dil yoxdur»
Fazil Mustafa: «Bəyəm Rusiyanın xoşuna gəlmək üçün öz milliyyətimizi danmalıyıq?»
Gülnar ƏLIYEVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
5 illik üzvlükdə nə qazandıq?
Məsləhət olmasaydı Heydər Əliyev KTMT-dən çıxmazdı…
-
«Əvvəl mərsiyə, sonra meyxana, indi də «hara gedirsən, ayə...»»
Fazil Mustafa: «Qida, uşaq geyimi, dərmanlar od qiymətinə, aztəminatlı ailələrin sağlam uşaq böyütməsi ciddi risk altındadır»
-
Radikal dindarlar Azərbaycan üçün təhlükədir
Partiya sədrlərindən çağırış
-
«Enerjinin qiyməti bahadır»
Deputat məsələ qaldırdı
-
«5-6 gündür parlamentin iclaslarında iştirak etmir»
İntizam Komissiyası Zeynəb Xanlarovanın da məsələsinə baxa bilər
-
«Dindarların içində ağıl problemi olanlar var»
Deputat ateistlərə məntiqli cavab verməyə çağırdı
-
Xına yaxmağın ağırlığı
Azərbaycanda «Hanna Party»: hətta göbək rəqsi, müğənnilər, hədsiz dəbdəbə...
-
«Moskvadan görünən Rusiya o qədər də təhlükəli deyil»
Millət vəkili: «SSRİ-nin bərpasını istəyənlər, arzulayanlar, nəinki Rusiyada, elə bizdə də var, ancaq indi 1917-ci il deyil»
-
«Mandatlarını itirə bilərlər»
Milli Məclisi nüfuzdan salan deputatlar...
-
«Axundovun islama nifrəti anlaşılandır»
Fazil Mustafa: «Sənət adamları arasında titul davası var»
-
«Dərs ilinin müddəti uzadılmalıdır!»
Ziyalılardan Təhsil Nazirliyinə dəstək
-
Deputatların etik davranış qaydaları sərtləşdirilir
«Millət vəkili tərəfindən insanların şərəf və ləyaqətinin alçaldılmasını qadağan edən tələb...»
-
Sözümüz budur ki...
...millətin enerjisini mənasız mübahisələrinizə xərcləməyin
-
«Nuri Paşanın adını çəkərdim»
Araz Əlizadə Fazil Mustafadan üzr istədi
-
«İndi hansı zəmanədir?!»
Əflatun Amaşov Fazil Mustafaya «yox» dedi
-
«Qaqa, niyə utanırsan ki?»
Aqil Abbas: «Mənim atamın goruna sosial şəbəkələrdə 932 nəfər söymüşdü»
Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadənin KM.ru rus xəbər portalına qalmaqallı müsahibə verib. Millət vəkili bildirib ki, azərbaycanlılara «türk» deyilməsi düzgün deyil, çünki azərbaycanlılar türk sayılmır, türklər tamam ayrı millətdir.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa virtualaz.org-a açıqlamasında deyib ki, görünür Arif Rəhimzadə etnoqrafiya ilə bağlı yanlış fikirlərə malikdir. O, qeyd edib ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti türklərdir. «Azərbaycanlı» sadəcə siyasi terminologiyadır, etnik terminologiya deyil.
«Bu yanlış yanaşmadır. Görünür Arif müəllimin etnologiya ilə bağlı bilgiləri fərqli istiqamətdə formalaşıb. Biz özümüzü türk hesab edirik. Bu ifadə Azərbaycanda yaşayan türklərin milli kimlik haqlarının doğru ifadə olunmamasıdır. Hesab edirəm ki, belə bir ifadəni işlətməklə sanki türk olmaqdan çəkinir, utanır. Biz türkük, əhalimizin çoxu türkdür, Azərbaycanda türklərlə yanaşı başqa azsaylı xalqlar yaşayır. Onların da hüquqlarını qorumağa çoxluğu təşkil edın xalq kimi borcluyuq. Buna görə də qətiyyən Arif Rəhimzadənin fikirləri ilə razı deyiləm», - deyə F. Mustafa bildirib.
***
«Həmkarım Arif Rəhimzadəyə obyektiv insan kimi hörmətim olsa da, bu məsələdə tamamilə yanlış düşündüyünü söyləyə bilərəm. Müsahibədə səsləndirdiyi fikirləri hətta zərərli hesab edirəm. Doğrudur, Arif müəllimin özü də təkzib verərək fikrinin təhrif olunduğunu söylədi, ancaq media vasitəsilə bu fikirlərin yayılması yaxşı hal sayıla bilməz. Halbuki bir neçə gün öncə Rusiya deputatları ilə görüşdə Arif Rəhimzadə Azərbaycanın maraqlarını müdafiə edən və Rusiyanın addımlarını ittiham edən çox cəsarətli çıxış etmişdi. Yəni Azərbaycan maraqlarını düşünən, dövlətçilik üçün fədakarlığa hazır olan insanlardan biri olduğuna qətiyyən şübhəm yoxdur. Bununla belə, fikrimcə başqa ölkələrin media quruluşlarının təxribatçı suallarına daha diqqətlə yanaşması lazım idi. Baxın, şəxsən mən, türk millətindən olmağı özüm üçün şərəf hesab edirəm. Bu gün dilimiz adı siyasi anlamda Azərbaycan dilidir. Elmi cəhətdən Azərbaycan dili deyilən bir dil varmı? Bu dilin mənşəyi varmı? Xalq öz dilini doğru söyləməyəcək, onu dəyişdirəcək ki, bu kiminsə xoşuna gəlməyə bilər? Necə olur ki, Azərbaycanda talış, ləzgi, udin, kürd dillərinin mövcudluğundan danışılır, ancaq türk dilinin varlığından danışmaq niyə qəbahət sayılır? Azərbaycanda türk dili yoxdur? Əslində Azərbaycan adlı bir dil yoxdur. Bu dilin elmi adı alternativsiz Türk dilidir», - deyə millət vəkili bildirib.
O, qeyd edib ki, millətin adını azərbaycanlı kimi səsləndirmək düzgün deyil. Bu addan bir vətəndaşlıq modeli olaraq istifadə olunur. «Vətəndaşlıq modelindən başqa bu mənşə olaraq nə millətidir? Təbii ki, Azərbaycanda bütün millətlərdən var, amma dominantlıq təşkil edən türklərdir. Türklər də bütün milli azlıqların hüquqlarının qorunmasının təminatçısıdır. Həm də buna görə məsuliyyət daşıyırlar. Onda rus xalqı desin ki, biz yoxuq. Biz Rusiya xalqıyıq? Onda da bizim kimi özbəöz türk olan tatar özünə tatar desin, çeçen özünə çeçen desin, rus da desin ki, mən rusiyalıyam? Bəli Azərbaycan dövləti var, hamımız Azərbaycan vətəndaşıyıq, hamımız qanun qarşısında bərabər hüquqa malikik. Amma bu dilin adı türk dilidir. Çoxluq adı türk dili olduğu üçün azlıq da ümumi ünsiyyət vasitəsi kimi bu dili qəbul etməlidir. Necə olur ki, Anadolu türkü türk sözünü özünə şamil edir, biz türk ola-ola bunu özümüzə şamil etmirik? Sadəcə bu tanıtımı biz siyasi məqsəd kimi istifadə etməməliyik. Biz onsuz da Azərbaycan vətəndaşı kimi bərabər hüquqa malikik». F. Mustafa həmçinin bildirib ki, kiminsə xoşuna gəlmək üçün öz millətimizi danmamalıyıq: «Hansısa azsaylı xalqların narazı qalmaması üçün, yaxud da Rusiyanın xoşuna gəlmək üçün öz millətimizi danmalıyıqmı? Əksinə bunu açıq söyləyərək onlarla daha çox səmimi oluruq. Açıq söyləməyəndə onlar özlərini bizim ümumi ad altında daha çox ərimiş hiss edirlər və qeyri səmimilik yaranır. Ermənilər bizi olduğu kimi Türk çağırırlar, bizdə isə bir çoxları nədənsə öz gerçək adımızı söyləməkdən utanır», - deyə F. Mustafa bildirib.