

Fazil Mustafa: «Qida, uşaq geyimi, dərmanlar od qiymətinə, aztəminatlı ailələrin sağlam uşaq böyütməsi ciddi risk altındadır»
Partiya sədrlərindən çağırış
Deputat məsələ qaldırdı
İntizam Komissiyası Zeynəb Xanlarovanın da məsələsinə baxa bilər
Deputat ateistlərə məntiqli cavab verməyə çağırdı
Azərbaycanda «Hanna Party»: hətta göbək rəqsi, müğənnilər, hədsiz dəbdəbə...
Millət vəkili: «SSRİ-nin bərpasını istəyənlər, arzulayanlar, nəinki Rusiyada, elə bizdə də var, ancaq indi 1917-ci il deyil»
Milli Məclisi nüfuzdan salan deputatlar...
Fazil Mustafa: «Sənət adamları arasında titul davası var»
Ziyalılardan Təhsil Nazirliyinə dəstək
«Millət vəkili tərəfindən insanların şərəf və ləyaqətinin alçaldılmasını qadağan edən tələb...»
Araz Əlizadə: «Sözləri varsa, üzümə desinlər»
Prezidentliyinə əsas namizəd İbrahim Raisinin Azərbaycanda mülkiyyəti var
Fazil Mustafa: «Bəyəm Rusiyanın xoşuna gəlmək üçün öz milliyyətimizi danmalıyıq?»
...millətin enerjisini mənasız mübahisələrinizə xərcləməyin
Deputat Araz Əlizadəyə şapalaq kimi cavab
Deputat Araz Əlizadə həmkarı Fazil Mustafadan üzr istəyib. Modern.az saytı xəbər verir ki, bu barədə Fazil Mustafa sosial şəbəkədə məlumat yayıb. F.Mustafa bildirib ki, deputat Araz Əlizadə MODERN.AZ saytına müsahibəsində onun da adını çəkib: «Dediyinizdən belə anladım ki, Osmanlılar erməniləri himayə edirdilər. Ancaq Azərbaycanı erməni qırğınından qoruyan da Qafqaz İslam Ordusu idi.
- Elə deyil. Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi.
- İstinad etdiyiniz mənbə hansıdır?
- Fazil Mustafanın bu haqda elmi məqaləsi var. Nuru paşa oturmuşdu və tələb edirdi ki, ona qızıl gəlməlidir, əks halda ermənilərə qarşı hücuma keçməyəcək. Hacı Zeynalabdin Tağıyev Nuru paşaya faytonla qızılı çatdırandan sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi».
Bayaqdan mənə media quruluşlarından, ayrı-ayrı vətəndaşlardan zənglər olur ki, həqiqətənmi sizin belə bir məqaləniz var? Əlbəttə yoxdur və ola da bilməz. Çünki illərdir Nuri Paşanın haqqının tanınması üçün hərtərəfli mübarizə aparan insanlardan biri kimi, belə bir məqalə yazmam mümkündürmü? Çünki harada yazılmağından asılı olmayaraq bu bir böhtandır və əgər məndən soruşsalar ki, XX əsrdə Azərbaycanın gerçək qəhrəmanlarından bir neçəsinin adını çək, heç şübhəsiz birincilər sırasında Nuri Paşanın adını çəkərdim. Təmənnasız, həyatını ortaya qoyaraq Azərbaycan xalqını rus-erməni qətliamından xilas edən qəhrəman haqqında ancaq qürurla danışmaq mümkündür.
Maraqlıdır ki, bir neçə dəqiqə öncə Araz Əlizadə zəng edərək mənim adımı yanlış olaraq müsahibədə çəkdiyinə görə üzr istədi».