vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
TƏDBİR  
20:29 | 22 oktyabr 2017 | Bazar Məqaləyə 3251 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«5-6 gündür parlamentin iclaslarında iştirak etmir»

İntizam Komissiyası Zeynəb Xanlarovanın da məsələsinə baxa bilər

Mirmahmud KAZIMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Məclisin deputatı, Xalq artisti Zeynəb Xanlarova son vaxtlar parlamentin nə komitə, nə də plenar iclaslarına qatılır. Millət vəkilinin payız sessiyasında parlamentdə gözə dəyməməsi nə ilə bağlıdır? Milli Məclisin İntizam Komissiyası sənətçi-deputatla maraqlanıbmı?

Modern.az məsələ ilə bağlı Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyevin rəyini öyrənə bilməyib.

İntizam Komissiyasının üzvü Fazil Mustafa isə bu haqda saytımıza açıqlama verib.

Deputat bildirib ki, Zeynəb Xanlarova parlamentin 30 iclasında iştirak etməsə, o halda Milli Məclisin sədri İntizam Komissiyasına sənəd göndərir və işə baxılır.

«Zeynəb Xanlarova 5-6 dəfədir ki, parlamentin iclaslarında iştirak etmir. Bəlkə də Zeynəb xanım üzrlü səbəbdən iclaslara qatılmır. Bu barədə məndə hansısa məlumat yoxdur. Qalan vaxtlarda isə iclaslarda iştirak edib. Səhhəti ilə bağlı müəyyən problem ola bilər ki, müvəqqəti olaraq iclaslarda iştirak etmir».

F.Mustafa bildirib ki, deputatlara hansısa intizam cəzasının verilməsi parlamentin sədrinin tapşırığına əsasən həyata keçirilir.