Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
10:11 | 11 mart 2022 | Cümə
Məqaləyə 1318 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Rusiyanın müxtəlif ölkələrə satdığı əsas iki məhsulu var – neft və qaz. Rusiyanın əsas gəliri bu iki məhsulun satışından əldə edilir. Ancaq ABŞ Rusiyanı bu iki məhsulun satışından məhrum etməyə çalışır.
Birincisi, ABŞ neftlə zəngin Venesuela ilə danışıqlara başlayıb. Bu ölkənin paytaxtı Karakasa Amerikadan nümayəndə heyəti gedib. Amerika Rusiyaya sərtləşdirdiyi sanksiyalar fonunda Venesuelaya tətbiq etdiyi sanksiyanı yumşaltmağa hazırlaşır. Bu baş verərsə Venesuela neft istehsalını indikindən 50 faiz artıra bilər. Amerikanın sanksiyalarına qədər Venesuelada gündəlik 3 milyon barel neft istehsal edirdi. Sanksiyadan sonra bu rəqəm 800 min barelə düşüb. Ona görə də iqtisadi vəziyyətinə ağır olan Veneseula üçün sanksiyaların ortadan qadlrılması və ya yumşaldılması həyati vacibdir. Bu başda ABŞ olmaqla müxtəlif ölkələrə Rusiya neftindən imtina edib Veneseualladan neft almağa yönəldə bilər. Venesuela Vaşinqtonun sanksiyaları yumşaltmaq istəyi qarşılığında ABŞ-ın iki vətəndaşını həbsxanadan azad edib. Ağ Ev Karakasın bu jestini yüksək qiymətləndirib. Kreml son illərdə Venesuelanın lideri Maduro ilə sıx əlaqələr quraraq bu ölkədə hərbi baza formalaşdırmağı planlaşdırırdı. Ancaq Maduro neftini satıb vətəndaşlarının sosial durumunu normallaşdırmaq istəyir. Ona görə də Karakas Amerikanın sanksiyaları yumşaltmaq qərarını Rusiya bazasına qurban verməyə hazırdır.
İkincisi, Vaşinqton İrana qarşı da sanksiyaların yumşaldılması barədə düşünür. Əlbəttə, Ağ Ev İranla bağlı qərarını qısa müddətdə dəyişməyəcək. Ancaq Vaşinqton Tehrana qarşı sanksiyalarını bir qədər yumşaldarsa, İran dünya bazarına kifayət qədər neft çıxara bilər. İran prezidenti İbrahim Rəisi də mövcud vəziyyəti qiymətləndirərək dünya bazarına indikindən daha çox neft sata biləcəyini açıqlayıb. Venesuela kimi İranın da Rusiya ilə tərəfdaşlıq münasibətləri var. Ancaq Karakas kimi Tehran da ilk növbədə ölkə iqtisadiyyatını, vətəndaşların sosial durumunu yaxşılaşdırmağı düşünmək məcburiyyətindədir.
Üçüncüsü, Rusiya növbəti zərbəni dostu Çindən alıb. Kreml Qərbin sanksiyaları fonunda Qərb ölkələrinə sata bilmədiyi nefti Çinə satmağı planlaşdırırdı. Ancaq Çin Qərbin sanksiyalarından ehtiyat edir. Ona görə də Pekin “müvəqqəti” adı altında Rusiyadan neft alışını dayandırıb. Pekini anlamaq olar. Rusiya neftinin alışına görə maliyyə vəsaitinin bank üzərindən ödənişi problematikdir. Çünki Rusiyanın əsas bankları sanksiya altındadır. O biri tərəfdən Çin neftə olan tələbatının əsas hissəsini illərdir ərəb ölkələrindən və İrandan alır.
Bu arada, Çin Rusiya təyyarələri üçün detalların satışını da dayandırıb. Bunun da səbəbi eynidir. Çin Qərb ölkələrinin sanksiyalarından ehtiyat edir. Çinin imtinaları Rusiyanı daha ağır vəziyyətə sürükləyəcək. Ancaq Kremlin Pekinə etiraz etməyə haqqı yoxdur. Pekin ən azı Kremlə bunu deyə bilər: “Ukraynaya hücum edərkən mənimlə məsləhətləşmişdin?”