ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
16:17 | 13 iyun 2022 | Bazar ertəsi
Məqaləyə 629 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Sinqapurda keçirilən Şanqri-La Dialoq Forumu ABŞ-Çin qarşıdurmasını hərbi eskalasiyaya sürükləyən siqnallarla yadda qaldı. Forum çərçivəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostin çinli həmkarı Vey Fenhe ilə üzbəüz görüşüb, lakin görünür ki, bu görüş hərbi liderlərin sonrakı çıxışı üçün bir-birinə qarşı təhdidedici fondan başqa bir şey qazandırmayıb.
ABŞ-Çin münasibətləri Rusiya-Ukrayna müharibəsi kontekstində sınağa çəkilir, onsuz da rəvan olmayan əlaqələrin rəngindəki fon daha da qaralır.
Vaşinqton-Pekin arasındakı təsvirin tündlüyü Tayvan mövzusu, Asiya-Sakit okeanı regionu uğurundakı geosiyasi rəqabət, sülh və təhlükəsizliyə dair qavrayışlardakı fərqlərə söykənir.
ABŞ-ın narahatlığının bir ucu Rusiya amilinə gedib çıxır, çünki Çin dünya hegemonluğunda özbaşına hərəkət etmir və bir sıra sahədə Rusiya ilə sıx əməkdaşlığa malikdir.
Bu əməkdaşlığı Rusiya-Ukrayna müharibəsi də poza bilmir və Moskva-Pekin xətti digər regionlarda ortaq strateji maraqlar hasil edən addımlara gedir.
Təbii ki, ABŞ-da tək deyil və onun xarici siyasətinin ana xətti Britaniya ilə razılaşdırılır, Asiya-Sakit okeanı regionundan isə Rusiya ilə Çinin müştərək maraqlarının sıxışdırılıb dalğaların ağuşuna atılması ən çox Londonun hədəfi kimi ortadadır.
Lakin London bu məsələdə özünü gözə soxmağa çalışmır və tarixdən gələn qüdrətini başqa dövlətin gücü hesabına ayaqda saxlamaq istəyir, hərçənd ki, ABŞ-ın özünün də hegemonluq iddialarının güclü hərbi-siyasi əsasları mövcuddur.
Lloyd Ostin forum zamanı Çinin döyüş təyyarələri və gəmilərinin digər ölkələrə hədə yaratmaq təhlükəsindən söz açmaqla Pekinin hərbi eskalasiyada maraqlı olduğuna işarə edib.
ABŞ tərəfi, ənənəvi olaraq əlində olan kartı – Tayvan məsələsini – ortaya qoyub və bildirib ki, Ağ Ev müttəfiqlərinin yanında olacaq. Hərçənd ki, ABŞ Tayvana müstəqillik tanımır, lakin ekspansiyasını fərqli metodlara söykənərək həyata keçirməyi hədəfləyir.
Çinin müdafiə naziri isə bir gün sonra, amerikalı həmkarının çıxışına cavab olaraq Vaşinqtonun ölkəsini cilovalamaq üçün çağırış etməməsini və Çinin daxili işlərinə qarışmamağı tələb edib.
Görünür ki, ABŞ-Çin müdafiə nazirlərinin görüşündə aydın olub ki, Çin Cənubi Çin dənizindəki aktivliyini artırıb və bununla Qərbin təsirini geri itələməyə çalışır.
ABŞ isə Asiya-Sakit Okeanı regionunda uzunmüddətli təsirini saxlamaq üçün konsepsiyaya malikdir və burada müxtəlif adlar altında – təhsil, infrastruktura sərmayə və sair - özünün iştirak səviyyəsini göylərə qaldırır.
Bir sözlə, hər iki güc yalnız öz çətiri altında Asiya-Sakit Okean regionunun böyümə və innovasiya mühərriki olaraq qalmasını təmin etməkdə iddialıdır və bu arzu Rusiya-Ukrayna müharibəsi kontekstində diqqəti birinci mərhələ üçün Tayvana yönəldir.
Hərçənd ki, Çinin öz ərazi subyekti olan Tayvana müdaxiləsi zamanı ABŞ-ın cavabının necə olacağı da bəlli deyil, çünki hər iki ölkə bir-birilə üz-üzə gələrək “yumruq davasına” çıxmaqdan çəkinir.
Ona görə də, Ağ Ev hibrid müharibə ilə Çinin təsirlərini minimallaşdırmağa çalışacaq və Pekinin regionda yaratdığı rəqəmsal infrastruktur çərçivələrini dağıtmağa girişəcək.
İndiki şəraitdə Tayvan mövzusunun qızışması daha çox hibrid müharibə taktikasına söykənir, ancaq Çinin boğaza yığıldığı Tayvan məsələsini birdəfəlik həll etmək istədiyi də aydınca görünür.
Yazıdan hansı qənaətləri formalaşdırmaq olar? Düşünürük ki, ABŞ-la Çin açıq qarşıdurmaya girmədən bir-birlərinə qarşı yeni təsir zonaları yaratmaqda davam edəcəklər.
Bu tendensiya Rusiya-Ukrayna müharibəsinin davam etdiyi dövrdə daha da sürətlənəcək və tərəflər bununla da qane olmasalar, Tayvan dünyanın növbəti partlayan məkanına çevriləcək.