Sahibsiz xoruzlar niyə kəskin artıb?
«Yumurtadan cücə çıxarmağın» qadağasını tələb edən petisiya
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yumurtanı kim bahalaşdırır?
Quşçular Cəmiyyətindən qiymət açıqlaması
-
Azərbaycan ərəb ölkələrinə kənd təsərrüfatı məhsulları ixrac edir
Ətdə 384, süd, yumurta və balda isə 489 faiz artım var
-
«Dərmanlı yumurta» qalmaqalı böyüyür
Bəs Azərbaycanda bununla bağlı vəziyyət necədir?
-
Zəhərli yumurtalar
Fipronil maddəsi olan məhsul Avropanın 16 ölkəsində və Honkonqda tapılıb
-
Fransızlardan yeni üsul
Zibillərin utilizasiyasında toyuqlardan istifadə olunmağa başlanıldı
-
Yumurta ucuzlaşırsa...
Toyuq ətinun qiyməti niyə düşmür?
-
Yumurta ucuzlaşdı
«Qiymətləri bazar tənzimləyir»
-
«Ziyanla işləyirik»
«İdxal malları gəlməyəcəyi təqdirdə yerli bazara tələb artacaq, amma»
-
Toyuğu yumaq «infeksiyanı yayır»
Vəziyyətdən çıxmaq üçün məsləhətlər
-
Kənd toyuğu fırıldağı
Boreyler məhsullarını kənd istehsalına «çevirən» texnologiya «icad olunub»
-
Qiyməti sınmaq istəmir
Broylerlər Nuh deyir, peyğəmbər demirlər
-
«The Daily Telegraph» yazır ki, Britaniyada heyvan haqları kampaniyaçısı məktəblərə «yumurtadan cücə çıxarmağın» qadağan edilməsini tələb edən petisiya hazırlayıb. Britaniyada yeganə «xoruzların xilası xidmətinin» təsisçisi şikayət edir ki, onun idarəsi sahibsiz xoruz cücələrlə doludur və onların sayının kəskin artmasına görə orta məktəblər məsuliyyət daşıyır.
Svindon (Swindon ) şəhərindən 44 yaşlı Helen Kuper məktəblərin tədris planlarında cücə çıxarmaq prorqamının ləğvi üçün petisiya hazırlayıb. Xanım Kuper deyib ki, çox sayda adamdan məktəblərdə çıxarılmış və sonradan atılmış xoruz cücələr barədə narahatlıq ifadə edən zənglər gəlir.
Kuper deyir ki, indi bu dərslər o qədər populyarlaşıb ki, hətta şirkətlər məktəblərə inkubator və yumurta da bağışlayır. Məktəblilər bu proqrama əsasən yumurtadan cücə çıxmasını müşahidə edirlər. Problem də cücə yumurtadan çıxandan sonra başlanır, çünki onlara baxan olmur.
Kuper deyir ki, xoruzları yetişdirib böyütmək həm bahalı, həm də ağır işdir. Xoruzları nəinki yedizdirmək, onlar üçün hətta ayrıca qəfəslər təşkil etmək lazımdır ki, bir-birləri ilə vuruşmasınlar. Xoruz müdafiəçisi bunu da bildirib ki, məktəblər çox vaxt toyuqları saxlasalar da, xoruzlardan izal olmağa çalışırlar.
«Bəs necə, toyuqlar axı yumurtlayır, amma xoruzlar səs-küydən başqa heç nə vermədiyinə görə artıq yükə çevrilirlər», – Kuper deyib. Onun sözlərinə görə, sahibsiz xoruzlara görə London və başqa şəhərlərdən zəng edirlər. Bundan başqa valideynlər narahatdırlar ki, bir çox hallarda yumurtadan çıxmış xoruzları təkrar yumurta firmasına göndərirlər və onlar orada sadəcə olaraq öldürülürlər.
Kuperin sözlərinə görə, məktəblərdəki yumurtadan cücə çıxarmaq proqramı hoqqabazlıqdan başqa bir şey deyil. Onun fikrincə, uşaqları bu proseslə tanış etmək üçün onları fermalara ekskursiyaya aparmaq və ya bu barədə videoların nümayişini təşkil etmək olar.
Xanım Kuper «Böyük Qırmızı Xoruz Xilas Xidmətini» 2014-cü ildə təsis edib. Qadın deyir ki, hazırda onun himayəsində 130 xoruz var və onları yerli fermerlərdən birinin ona verdiyi yarım hektarlıq ağaclıqda saxlayır. Kuper bildirir ki, yersizliyə görə təkcə bu il 30-40 xoruzu qəbul edə bilməyib və buna görə də «ürəyi ağrıyır». Onun bu ilin əvvəllərindən tərtib etdiyi petisiyanı 700 nəfər imzalayıb, lakin sonradan bu kampaniya parlament seçkilərinə görə yarımçıq qalıb. (BBC)