vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
10:37 | 7 aprel 2017 | Cümə Məqaləyə 3122 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransızlardan yeni üsul

Zibillərin utilizasiyasında toyuqlardan istifadə olunmağa başlanıldı

Azər QİSMƏT

MÖVZU İLƏ ƏLAQƏLİ

İki həftə əvvəl Efiopiyanın paytaxtı Əddis-Əbəbədə torpaq sürüşməsi 115 nəfərin həyatına son qoydu. Əlbəttə ki, belə bir hadisə hər bir ölkədə baş verə bilər. Lakin təəccüblü olan Afrika səhrasında, su tapılmayan ölkədə baş verən torpaq sürüşməsidir. Axı, sürüşmə əsasən yağıntının normadan artıq baş verməsindən yaranır, torpağın dayağı zəifləyir. Paytaxt Əddis-Əbəbədəki sürüşmə dağlıq və yağıntı bol olan ərazidə deyil, şəhərdən kənarda məişət tullantılarının yığıldığı ərazidə baş vermişdi.

Bu hadisə məişət zibilinin insan həyatı üçün törətdiyi təhlükədən xəbər verir. Lakin vəziyyətdən asan çıxış yolu da var. Bunun üçün toyuqları ekoloji sistemə inteqrasiya etmək lazım gəlir. Avropalı ekspertlərin fikrincə, ən rahat emal edilən tullantılar ərzaq tullantılarıdır. Gündəlik zibilin təxminən 30 faizini bu tip tullantılar təşkil edir. Onu gübrəyə çevirmək çox da çətin deyil. Yerdə qalan 70 faizin emalı isə çətinlik yaradır. Amma başqa çıxış yolu da var. Bu da toyuqlardan təkcə bozbaş, qril və ləvənginin hazırlanmasına deyil, zibillərin utilizasiyasına cəlb edilməsidir. Toyuqlar çox acgözdür. Onlar həm həyətin, bağçanın təmiz qalmasına kömək edir, həm də həşəratları məhv edirlər. İlan gördükdə də səs çıxarırlar. 

Fransanın Vilnöv bələdiyyəsində artıq bu işlərə başlanılıb. Bələdiyyənin təşəbbüsü hökumət tərəfindən müsbət qarşılanıb. Artıq ilk mərhələdə sakinlərə 100 toyuq paylanılıb. Növbəti mərhələdə də evlərə 100 toyuq paylanılması nəzərdə tutulub. Bu yolla bələdiyyə ildə 300 ton tullantıdan xilas olacaq. Bir toyuq orta hesabla ildə 150 kiloqram qida qəbul edir. 

Toyuqlar isə yaxınlıqdakı fermadan götürülür. Nisbətən yaşlı, məhsuldarlığı azalmış toyuqlar 1 avrodan əhaliyə paylanır. Gündəlik ərzaq tullantılarının 70 faizinə qədəri toyuğun qidasını təşkil edir. Bu ev quşları yedikləri qidanın həcmini 80 faiz azaldır. Bu yolla həm təbii quş peyini yaranır, həm də yumurta və ət əldə edilir. Fermada toyuqlar hər 14 ayda bir dəfə yeniləndiyi üçün toyuq tapmaq da çətin deyil. Lakin məsələ bununla bitmir. Toyuqlar həm də qocalar evinin sakinləri və alzeymer xəstələri üçün də profilaktik vasitə kimi istifadə edilir. Nəzərə alsaq ki, Azərbaycanda kifayət qədər zibil yığnağı nöqtələri mövcuddur, deməli bu işə toyuqların cəlb edilməsi müsbət nəticə verər.