vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
PROBLEM  
09:32 | 25 aprel 2014 | Cümə Məqaləyə 6529 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kənd toyuğu fırıldağı

Boreyler məhsullarını kənd istehsalına «çevirən» texnologiya «icad olunub»

MÖVZU İLƏ ƏLAQƏLİ

Masazırda qanunsuz toyuq kəsimi sexləri aşkar edilib.

 

Abşeron rayonunun Masazır qəsəbəsində iki qeyri qanuni fəaliyyət göstərən toyuq kəsimi sexində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin (TTSDNX) Sumqayıt regional idarəsinin əməkdaşları tərəfindən reyd keçirilib.

Vaxt.az «Qafqazinfo»ya istinadən xəbər verir ki, toyuq kəsimi ilə qeyri-qanuni məşğul olan təsərrüfat obyektlərində ciddi nöqsanlar aşkar edilib. Qeyri-qanuni fəaliyyət göstərən və toyuq kəsimi ilə məşğul olan fərdi təsərrüfat obyektləri barədə SMPDK yanında TTSDNX-nin Sumqayıt Regional idarəsinə məlumat daxil olub. Daxil olmuş məlumata əsasən Xidmətin əməkdaşları tərəfindən Masazır qəsəbəsində üzərində mənzilin nömrəsi qeyd olunmayan iki ünvanda, toyuq kəsimi ilə məşğul olan vətəndaş Anar Rəsulov və Füzuli Hacıyevin təsərrüfat obyektlərində reydlər aparıldı. Həmin obyektlərdə antisanitar vəziyyətin mövcud olduğu, heç bir gigiyenik norma və qaydalara əməl olunmadığı, mənşəyi bilinməyən süni boyaq maddələrindən istifadə edilərək toyuq ətinin rənginin saraldılması faktları aşkar edildi. Məlum oldu ki, həmin şəxslər tərəfindən istehlakçılar aldadılaraq həmin məhsulların kənd toyuğu adı altında satışa çıxarılıb.

Hətta təsərrüfat sahibi olan Anar Rəsulovda qanunsuz fəaliyyət göstərməsi bir yana özünü haqlı çıxarmağa da cəhd edərək çəkilişə də etiraz edib.

Aşkar edilmiş faktlar insan həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə ziyan vurma təhlükəsi yaratdığına görə, həmin fərdi təsərrüfat obyektlərinə qarşı qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə həmin obyektlər fəaliyyəti dayandırılıb və hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilib.