vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 31 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ELM-TEXNİKA  
Toyuqlarda dinozavr tükləri 20:07 | 26 mart 2025 | Çərşənbə Məqaləyə 21 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Toyuqlarda dinozavr tükləri

Alimlərin kəşfi lələk təkamülünə işıq salıb

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Alimlər heyvanların dinozavr tüklərini yetişdirməsi üçün toyuqlarda əsas geni manipulyasiya ediblər.

Qədim canlılarda əmələ gələn ilk tüklər indiki quşların tükləri qədər mürəkkəb deyildi. İlk Trias dövründə yaşamış dinozavrların pipetkayabənzər, boruşəkilli “protolələklərə” malik olduğu güman edilir.

Cenevrə Universitetindən olan genetiklər Mişel Milinkoviç və Rori Kuper lələklərin təkamülünü anlamaq məqsədi ilə apardıqları tədqiqatlarda məşhur video oyun qəhrəmanı “Sonic the Hedgehog”un adını daşıyan genin üzərində fokuslanırlar. Bu gen toyuqların, o cümlədən lələklərin embrion inkişafında mühüm rol oynayır.

2023-cü ildə nəşr olunan bir araşdırmada ikili bu geni dəyişdirərək, heyvanların pullu ayaqlarını tüklü ayaqlara çevirib.

Alimlər bu geni bloklayanda nə baş verdiyini araşdıraraq, “PLOS Biology” jurnalında martın 20-də dərc olunan yeni araşdırmada öz nəticələrini açıqlayıblar.

Tədqiqatçılar toyuq embrionlarına “Sonic Hedgehog” genini bloklayan molekul yeridiblər.

Embrionun inkişafının 9-cu günündə adi tıxaclı, mürəkkəb tüklü qönçələr əvəzinə dinozavrlara bənzəyən protolələklər görünməyə başlanıb.

Alimlərin müdaxiləsi, tüklər yetişdikcə rüşeymdə meydana gələn kompleks budaqlanma modelini də azaldıb.

Ancaq təxminən iki həftə ərzində embrionlarda tük inkişafı qismən normallaşıb. Yumurtadan çıxan heyvanların bədənində tüksüz yerlər olsa da, zaman keçdikcə körpələrin tükləri böyüyüb və 7 həftə ərzində öz normal görünüşünə qayıdıb.

Milinkovitç tapıntıları şərh edərkən, “Təcrübələrimiz göstərir ki, ayaq pulcuqlarının inkişafındakı müvəqqəti pozğunluq onları daimi olaraq tükə çevirə bilsə də, lələk inkişafının özünü daimi olaraq pozmaq daha çətindir”, – deyib.

Yeni tədqiqat əvvəlki kimi qalıcı nəticələr verməsə də, bu, “Sonic Hedgehog” geninin tüklərin təkamülündə mühüm rol oynadığını göstərir. Milinkovitç deyir ki, tapıntılar təkamül zamanı genlərin çox güclü olduğunu göstərir.

“İndi ən böyük problem bu genetik qarşılıqlı təsirlərin dinozavrların təkamülünün əvvəlində protolələklərin yaranmasına imkan yaratmaq üçün necə dəyişdiyini anlamaqdır”.