
Toyuqlarda dinozavr tükləri
Alimlərin kəşfi lələk təkamülünə işıq salıb
Alimlərin kəşfi lələk təkamülünə işıq salıb
Gənclər şəhərində növbəti kitab sərgisi keçiriləcək
Sutkada 12 saat sükan arxasında sürücü də insandır və onun da səbrinin həddi var
Ölkədəki problemləri Prezidentə birbaşa necə çatdırmaq olar?
1 nəfər ölüb, 1 nəfər yaralanıb
Baş Prokurorluq gülləbaran xəbərini təkzib etdi
Ətdə 384, süd, yumurta və balda isə 489 faiz artım var
Dövlət büdcəsindən dotasiya almayan Sumqayıtın xərcləri hardan qarşılanır...
5 yaşayış məntəqəsində yaşayan 72 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşdı
Qarətə gələn şaxtada qaldı
«Yaralılar qan içindəydilər, sürücülər onları götürmürdülər»
12 nəfər bu dəfə qazdan zəhərlənib
Biri FHN əməkdaşı olmaqla iki nəfər öldü, 3 əməkdaş zəhərləndi
«Din və Allah yolunda and içəcəyimizi düşünürdüm»
6 tələbənin qəzada öldüyü maşının sahibi dindirildi
Sumqayıt yolunda 6 tələbəni öldürən «Ford» sürücüsü hakim qarşısında
Masazırda qanunsuz toyuq kəsimi sexləri aşkar edilib.
Abşeron rayonunun Masazır qəsəbəsində iki qeyri qanuni fəaliyyət göstərən toyuq kəsimi sexində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin (TTSDNX) Sumqayıt regional idarəsinin əməkdaşları tərəfindən reyd keçirilib.
Vaxt.az «Qafqazinfo»ya istinadən xəbər verir ki, toyuq kəsimi ilə qeyri-qanuni məşğul olan təsərrüfat obyektlərində ciddi nöqsanlar aşkar edilib. Qeyri-qanuni fəaliyyət göstərən və toyuq kəsimi ilə məşğul olan fərdi təsərrüfat obyektləri barədə SMPDK yanında TTSDNX-nin Sumqayıt Regional idarəsinə məlumat daxil olub. Daxil olmuş məlumata əsasən Xidmətin əməkdaşları tərəfindən Masazır qəsəbəsində üzərində mənzilin nömrəsi qeyd olunmayan iki ünvanda, toyuq kəsimi ilə məşğul olan vətəndaş Anar Rəsulov və Füzuli Hacıyevin təsərrüfat obyektlərində reydlər aparıldı. Həmin obyektlərdə antisanitar vəziyyətin mövcud olduğu, heç bir gigiyenik norma və qaydalara əməl olunmadığı, mənşəyi bilinməyən süni boyaq maddələrindən istifadə edilərək toyuq ətinin rənginin saraldılması faktları aşkar edildi. Məlum oldu ki, həmin şəxslər tərəfindən istehlakçılar aldadılaraq həmin məhsulların kənd toyuğu adı altında satışa çıxarılıb.
Hətta təsərrüfat sahibi olan Anar Rəsulovda qanunsuz fəaliyyət göstərməsi bir yana özünü haqlı çıxarmağa da cəhd edərək çəkilişə də etiraz edib.
Aşkar edilmiş faktlar insan həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə ziyan vurma təhlükəsi yaratdığına görə, həmin fərdi təsərrüfat obyektlərinə qarşı qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə həmin obyektlər fəaliyyəti dayandırılıb və hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilib.