
Toyuqlarda dinozavr tükləri
Alimlərin kəşfi lələk təkamülünə işıq salıb
Alimlərin kəşfi lələk təkamülünə işıq salıb
ABŞ quş qripi ilə mübarizə üçün 100 milyon dollar büdcə ayırır
Quş qripi səbəbindən ölkədə böhran yaranıb
Saxurda yumurta yeməyin faydaları
... Quş qripi ilə mübarizə üçün 1 milyard dollara qədər sərmayə qoyacaq
Quşçular Cəmiyyətindən qiymət açıqlaması
Ətdə 384, süd, yumurta və balda isə 489 faiz artım var
Bəs Azərbaycanda bununla bağlı vəziyyət necədir?
Fipronil maddəsi olan məhsul Avropanın 16 ölkəsində və Honkonqda tapılıb
«Yumurtadan cücə çıxarmağın» qadağasını tələb edən petisiya
Zibillərin utilizasiyasında toyuqlardan istifadə olunmağa başlanıldı
Toyuq ətinun qiyməti niyə düşmür?
Bakıdan erməni şirkətinə milyonlar gedir; yumurta və toyuq biznesi ilə bağlı sensasiyalı iddialar
«Erməni məhsullarının Azərbaycana gətirilməsi yolverilməzdir»
«İdxal malları gəlməyəcəyi təqdirdə yerli bazara tələb artacaq, amma»
Vəziyyətdən çıxmaq üçün məsləhətlər
Paytaxt bazarlarında satılan yumurtanın qiymətində enmə müşahidə olunur. Strateq.az Xəzərxəbər.az-a istinadən xəbər verir ki, əvvəllər 18-20 qəpiyə satılan broyler yumurtası indi 13-15 qəpiyə təklif olunur.
Satıcıların da dediklərindən məlum olur ki, qiymət endirimini hər şirkət fərqli həyata keçirib. Yəni şirkətlərdən bəzisi 3 qəpik endirim etdiyi halda, bir qisim şirkətlərin istehsal etdiyi yumurta 5 qəpik ucuzlaşıb. Hətta bazarda 10 qəpiyə də yumurtaya rast gəlmək mümkündür. Bəs, bu fərq nədən yaranır?
Respublika Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev deyir ki, qiymətləri bazar və şirkətlər özü tənzimləyir. Ona görə də fərqlərin olması normaldır. O ki qaldı ucuzlaşmanın səbəbinə, bu, istehsalın artması ilə əlaqədardır. Bayramqabağı tələbatın artması fonunda qiymətlərin əvvəlki səviyyəyə qayıtması da istisna olunmur.
Ucuzlaşma kənd yumurtasına da sirayət edib. Belə ki, bir neçə gün əvvəl 25 qəpiyə satılan kənd yumurtası indi 18 qəpikdən təklif olunur. Amma toyuq ətində ucuzlaşma qeydə alınmayıb.
Respublika Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev deyir ki, hələlik toyuq ətində qiymət dəyişikliyi gözlənilmir.