vaxtlı-vaxtında oxuyun! Şənbə, 2 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
16:34 | 18 oktyabr 2017 | Çərşənbə Məqaləyə 3980 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan ərəb ölkələrinə kənd təsərrüfatı məhsulları ixrac edir

Ətdə 384, süd, yumurta və balda isə 489 faiz artım var

MÖVZU İLƏ ƏLAQƏLİ

2017-ci ildə Gömrük Komitəsi ilk dəfə hesabatında Azərbaycanın ət, ət məhsulları, hətta mal-qara ixracını artırması barədə məlumat verib. 2017-ci ilin I yarısında diri çəkidə 907 min dollar məbləğində mal ixrac edilib. Bu, 2016-cı ilin eyni dövründəkindən (236,5 min dollar) 384 faiz çoxdur. Ət və ət məhsulları ixracı 2017-ci ilin I yarısında 159,8 min dollar olub. Bu, 2016-cı ilin eyni dövründəkindən (53,4 min dollar) 299 faiz çoxdur. Süd məhsulları, yumurta və bal ixracında (2016-cı ilin 6 ayında 788,8 min dollar, 2017-ci ilin 6 ayında 3806,5 dollar) 489 faiz artım olub.

Azərbaycanın ət və süd məhsullarının əsas idxalçıları Körfəzin ərəb ölkələri olub. Qətərin «Lulu Group International» şirkətinin direktoru Məhəmməd Altaf bildirib ki, Qətərin iqtisadi blokadasına qədər ölkə biznesmenləri Azərbaycan və qonşu ölkələrdən məhsul idxalı ilə maraqlanmayıb. «Amma hazırda Azərbaycan və qonşu ölkələr İranın razılığı ilə Bəndər Abbas limanına çıxa bilir. Bu, limandan Qətərə malı 24 saata çatdırmağa imkan verir», - deyə Altaf bildirib.

Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Abdullayev ərəblərin Azərbaycanın ət məhsullarına marağını təsdiq edir.

Gömrük Komitəsi ərəb ölkələrinə ixrac edilən malların adı barədə məlumat vermir. Amma bu ölkələrə Azərbaycanın ət məhsulları, meyvə və tərəvəz ixracatında artım olduğunu deməyə əsas var. 2017-ci ilin 6 ayında ötən ilin eyni dövrünə nisbətən Azərbaycandan Qətərə ixracat 78 dəfə artıb. 2016-cı ilin I yarısında Qətər 23,67 min dollar, 2017-ci ilin eyni dövründə 2 milyon 077.5 min dollar məbləğində mal idxal edib. BƏƏ-yə Azərbaycanın ixracatı 107 faiz (6 milyon 110.44 min dollardan 6 milyon 558.44 min dollaradək) artıb. İordaniyaya 2016-cı ilin I yarısında Azərbaycandan 1 milyon 403.8 min dollar, bir il sonra 3 milyon 689.1 min dollar (263 faiz) məbləğində mal ixrac edilib. Misir AR-dan idxalı 479,5 faiz (224.16 min dollar və 1 milyon 075 min dollar) artırıb.

Azərbaycandan ət, ət məhsulları, diri mal-qaranın ərəb ölkələrinə ixracının kəskin artmasına bu ölkələrdən Azərbaycana turist axınının artması ilə izah etmək olar. Dövlətin qeyri-neft sektorunun ixrac potensialının artırılması üzrə aktivliyi də rol oynayıb. İqtisadiyyat naziri Şahin Mustafayev «AzərTAc»a müsahibəsində deyib ki, dövlət «Made in Azerbaijan» brendini xarici ölkələrdə təşviq edir, ixrac missiyaları təşkil edir, qeyri-neft məhsulları ixracının çeşidlərinin artırılması üzrə başqa tədbirlər görür. 2016-cı ilin sonunda Dubaya bir ixrac missiyası göndərilib. Meyvə şirəsi, mineral sular, meyvə və tərəvəz, ət və ət məhsulları, süd və süd məhsulları istehsal edən 20 şirkət öz məhsullarını təqdim edib.

Azərbaycan xaricə ət məhsulları ixrac etməyə başlayıb, amma ölkədə ət məhsulları istehsalı az artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin I yarısında ət istehsalı 2,4 faiz artaraq, 312,6 min tona çatıb. Bu, yerli bazarın tələbinin 34 faizi təmin edir.