«Tfu sənə, bir daha...»
Milyarder-videobloqqer müxalifət liderinə qarşı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Rusiya Bakıda verdiyi sözü 3 gün sonra pozdu
Qarabağda müharibə başlayır?
-
Navalnı ilk töhmətini alıb
“Mən ekstremist kimi yeriyirdim və köynəyim hakimiyyəti hədələyirdi”
-
Darya Navalnya atasına görə narahatdır
Rusiyalı müxalifətçinin şərəfinə “həbsxana daxilində həbsxana” yaradılıb
-
Navalnı yoxa çıxıb
Rusiyalı müxalif siyasətçi həbsxanadan naməlum yerə köçürülüb
-
Daha iki nəfər federal axtarışa verildi
Georgi Alburov və Vyaçeslav Gimadi Aleksey Navalnının tərəfdaşlarıdır
-
1 milyon cərimə və 9 il həbs
Rusiya məhkəməsi Kremlin tənqidçisi Navalnı haqqında qərar verdi
-
Putinin ciddi problemləri
Postsovet məkanındakı canlanma nələrə işarədir?
-
Üç Vladimirin davası
Doğrudanmı Zelenskinin bu qələbəsi də təsadüfdür?...
-
İldırımsürətli savaş planı
Türkiyədəki azərbaycanlı politoloqdan sensasion təklif: “Ermənistan, faktiki, müttəfiqsiz qalıb...”
-
“Böyük biabırçılıqdır”
Rusiyadan Putinin “Rustavi 2” telekanalında təhqir edilməsinə reaksiya
-
Müraciətin gücü
Saakaşvilinin çağırışı gürcü polisini hərəkətləndirdi
-
“Azərbaycana verməyə hazırlaşmırıq”
Çavuşoğludan “S-400” açıqlaması ...
-
ABŞ-da məhşər günü
Tramp Putinə işləyir, ya yox?
-
Separatizmə dəstəyə yox!
Rusiya Azərbaycanla hansı sazişi imzalamaqdan çəkinir?
-
Krımın işğalı nələri dəyişdi?
Rusiyanın siyasətində separatizmə dəstəyin davam edəcəyi sübut olundu
-
“Başdan-ayağa şüar yığını”
Rusiya ekspertləri Vladimir Putinin 2019-cu il ismarıcını analiz edirlər
Rusiya siyasətində maraqlı ənənə yaranmaqdadır. Virtualaz.org xəbər verir ki, məşhur bloqqer və Putinə qarşı ən populyar müxalif lider, Korrupsiyaya qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı ilə özbək əsilli milyarder-oliqarx Əlişir Usmanov arasında qarşıdurma sonuncunun opponentinə qarşı onun öz metodundan istifadəsi ilə davam etməkdədir.
Qarşıdurmaya səbəb Navalnının baş nazir Dmitri Medvedyevin barəsində kompromatların əksini tapdığı səs-küylü filmidir. Həmin filmdə Navalnı Əlişir Usmanovu da korrupsiyada, rüşvət paylamaqda, oğurluqda günahlandırıb, habelə onun sovet dövründə Özbəkistanda zorlama maddəsi ilə həbsdə yatdığını bildirib.
Milyarder-oliqarx buna cavab olaraq Navalnını məhkəməyə verib. Üstəlik bir neçə gün əvvəl Navalnıya videomüraciət hazırlayaraq internetdə yayıb. Həmin müraciətdə oliqarx müxalif lideri yalan danışmaqda, boşboğazlıqda günahlandırır, axırda da ona tüpürür: «Tfu sənə, Navalnı».
Aleksey Navalnı isə Usmanova eyni üsulla cavab verib, onun ünvanına korrupsiya və oğurluq ittihamlarını təkrar edib, ancaq milyarderə tüpürcək ünvanlamayıb.
Bununla belə Usmanov özünün videobloqqerlik qabiliyyətini kəşf etmiş kimi görünür və rəqibinə qarşı daha bir videocavab hazırlayıb, özü də yenə tüpürcəkli. Bu dəfəki müraciətində oliqarx Navalnını məşhur rus yazıçısı Mixail Bulqakovun «İt ürəyi» povestindəki Poliqraf Şarikova bənzədir. Bildirir ki, Navalnı ilə üzbəüz debata çıxmaq fikrində deyil. Usmanov tam əmindir ki, Navalnının yalanını ifşa edib və ona belə məsləhət verir: «De ki, mən səhv etmişəm. Bu, səni yüngülləşdirəcək, Aleksey Poliqrafoviç Navalnı».
Video bu sözlərlə bitir: «Tfu sənə, bir daha».
İndi müxalifət liderinin bu videoya necə cavab verəcəyini gözləyirlər.