
Putin niyə atəşkəs istəmir?
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Təbəssümləri də saxtadır
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
... Yaxud 9 may “qələbə” paradı
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Rusiyaya giriş qaydalarının dəyişməsi mənfi və müsbət tərəfləri
Rusiyanın Qələbə Günündə iştirak edən ölkələrin siyahısı açıqlanıb
Rusiyaya daxil olmaq istəyən əcnəbilər 72 saat əvvəl səfirliyə müraciət etməli olacaqlar
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
... Yaxud Qələbə paradında ucadan oxunan “Faust”
Almaniya İsraildən müdafiə sistemi alıb
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
Rusiya Daxili İşlər Nazirliyi həbsdə olan müxalif siyasətçisi Aleksey Navalnının daha iki məsləkdaşını federal axtarışda olanlar siyahısına əlavə edib. Georgi Alburov və Vyaçeslav Gimadinin adları nazirliyin reyestrinə aprelin 26-da, Navalnının komandasının digər üzvü Ruslan Şavəddinovun adının əlavə edilməsindən iki həftə keçməmiş düşüb.
Nazirlik fəalların adlarının reyestrə salınmasının səbəbinin sadəcə “cinayət işi ilə bağlı” olduğunu qeyd edib.
Kreml tənqidçisinin həbsinə etiraz edən minlərlə insan həbs edilib.
Navalnı 2021-ci ilin yanvar ayında Almaniyadan qayıdarkən hava limanında həbs edilib və o vaxtdan bəri dəmir barmaqlıqlar arxasındadır.
Alburov və Şavəddinov da olmaqla, Navalnının tərəfdaşları və siyasi koordinatorlarının yarıdan çoxu, ya Rusiyanı tərk edib, ya da həbs edilib. Bəziləri isə “terrorçu” və ya “ekstremist” kimi axtarışa verilib.
Navalnının zəhərlənməsinin səbəblərini araşdıran və onun korrupsiya araşdırmalarına istinad edən jurnalistlərə “xarici agent” damğası vurulub.
Keçən il Moskva Şəhər Məhkəməsi Navalnı ilə əlaqəsi olan bütün təşkilatları ekstremist elan edib, Navalny və onun Rusiya üzrə regional ofisləri şəbəkəsi ilə əlaqəli şəxslərin dövlət idarələrində işləmələrinə mane olub.
Navalnının təşkilatları ilə bağlı qərarda onlarla işləmiş fəallar üçün uzunmüddətli həbs cəzası da nəzərdə tutulur.
Navalnıya əvvəlki şərti azadlığın qaydalarını pozduğuna görə 2 il yarım həbs cəzası verilib. Onun mühakimə olunması çoxları tərəfindən qondarma, siyasi motivli iş kimi qiymətləndirilir.
Navalnı Putini Noviçok tipli kimyəvi maddə ilə zəhərləməkdə günahlandırıb. Kreml hücumda əli olduğu ilə bağlı ittihamı rədd edib.